Qavriil Mixayloviç Ter-Mikelov (, ; 16 aprel 1874, Stavropol – 14 yanvar 1949, Tbilisi) — Sovet memarı, SSRİ Memarlıq Akademiyasının müxbir üzvü (1937), Gürcüstan SSR-nin əməkdar incəsənət xadimi (1937), Tiflis İncəsənət Akademiyasının professoru.
Həyatı Qavriil Ter-Mikelov 1874-cü ildə Stavropolda Tiflisdən gələn erməni ailələrindən birində anadan olub. Atası sənaye və ticarət şirkətlərində işləmiş və fəaliyyətlərinə görə tez-tez iş gəzintiləri ilə məşğul olmuşdur. Qavriil məktəbə başlamazdan əvvəl Stavropolda yaşayırdı. Orta təhsilini Tiflis Real Məktəbində almışdır.
1899-cu ildə Ter-Mikelov Sankt-Peterburq İnşaat Mühəndisləri İnstitutunun memarlıq şöbəsini bitirmiş, sonra onun memarlığı və yaradıcılığı başlıca olaraq Bakı və Tbilisidə keçmişdir.
Ter-Mikelov on ildən artıq Bakıda yaşamışdır. 1904-cü ildən 1918-ci ilə qədər o, yaradıcılıq cəmiyyəti yaratmış və bunun vasitəsilə layihələr alaraq onları həyata keçirmişdir. Bu birliyin ən əhəmiyyətli binalarından biri Bakı Filarmoniyasıdır.Храм музыкальной культуры
İşləri
Bakıda Yüzbaşyanlar məlikanəsi (1900–1901) Tiflis Kommersiya Bankının Bakı filialı (1901) Bakı Kommersiya məktəbinin binası (1901) Adamyan qardaşlarının mədaxil evi (1908–1909) Tağıyev qardaşlarının mədaxil evi (1909–1911) Sadıqov qardaşlarının mədaxil evi (1909–1912) İctimai məclislər üçün yay binası (1910–1912 — daha sonra Azərbaycan Dövlət Akademik Filarmoniyasının binası olaraq adlanmışdır) Dövlət bank işçilərinin yaşayış binası (1926) Fizioterapiya İnstitutunun binalar kompleksi (1937)
Tiflisdə Otel "Majestic" (1912–1915, indi — "Tbilisi Marriott", Rustaveli prospekti, 13) Dövlət Bank binası Tiflis Vağzalı (1952, bina 1982–1991-ci ildə tamamilə yenidən qurulmuşdur)
Yaltada Kilsə
İstinadlar
Kateqoriya:Azərbaycan memarları Kateqoriya:SSRİ memarları Kateqoriya:Gürcüstan SSR əməkdar incəsənət xadimləri