Kərim Qali oğlu Tincurin (tat. Kərim Tincurin; 15 sentyabr 1887—1938) - tatar yazıçısı, aktyoru və dramaturqudur. O, Tatarıstan teatrının və dramaturgiyasının əsas peşəkar banilərindən biri sayılırКалендарь знаменательных и памятных дат.- Казань: Изд-во «Милли Китап», 2006.. Tərcümeyi-hal Kərim 15 sentyabr 1887-ci ildə Penzen əyalətinin Tarakanovka kəndində kəndli ailəsində anadan olmuşdur. 1900-cu ildə Kazana köçən Kərim burada mədrəsədə təhsil alır. Ancaq 1906-cı ildə bu təhsildən imtina edir. 1910 - cu ildə "Səyyar" qrupuna qoşulur və beləliklə həyatını teatra bağlayır. Vətəndaş müharibəsi zamanı o orduya qoşulur və Qırmızı Orduda iştirak edir. 1920-ci ildə Samara teatrının baş rejissoru olurКнига памяти Республики Татарстан.

1921-ci ild\ Orenburq tatar proletar qrupuna rəhbərlik edir (İndiki Q.Kariyeva adına teatr). 1922-ci ildə Kazan hökuməti Tatarıstan dövlət qrupunu yaradılması haqqında qanun qəbul edilir və Kərim ona rəhbər təyin edilir.

1922-ci ildən o Tatarıstan Dövlət Teatrına rəhbərlik edir.

1928-29-cu illərdə Həştərxan tatar teatrının baş rejissoru olur. 1933-cü ildə o ilk dəfə Tatarıstan teatrında komediya və dram janrında əsərləri tamaşaya qoyur və beləliklə bu janrların əsasını qoyur. Hal-hazırda bu teatr onun adını daşıyır. Onun "Kazan dəsmalı", "Sonən ulduz", "Mavi şal" və s. kimi əsərləri teatrın fonunda saxlanılır. 17 sentyabr 1937-ci ildə Kərim represiya qurbanı olur və həbs edilir. 15 noyabr 1938-ci ildə güllələnir.

Titulları 1926-cı ildə Tincurin Tatarıstanın xalq artisti olur.

1936-cı ildə bu sahədə olmasının 20 illiyini qeyd edilir. Əsərləri

"Monazara"— 1906-cı il "Xələl kəsep" (Halal zəhmət) — 1912 "Şomlı adım" (Ölümcül addım) — 1912 "Berence çəçəklər" (İlk gül) - 1913 "Nazlı kiyau" (Nazlı bəy) — 1915 "Aç qaşıq" (Aç aşiq) — 1915 "Sonqı səlam" (Sonuncu salam) — 1916 "Jilkuarlar" (Oğrular) — 1916 "Sünqən yildizlar" (Sönən ulduzlar) — 1922 "Kazan sölqese" (Kazan dəsmalı) — 1923 "Amerikan" (Amerikalı) — 1924 "Zənqər şəl" (Mavi şal) — 1926 "İl" (Cənnət) — 1927 "Alar öçey ide" (Onlar üç nəfər idi) — 1935 Xarici keçid http://www.1000kzn.ru/article/ru/662/400/ Ədəbiyyat ТИНЧУРИН Карим Галиевич" ("Tinchurin, Karim Galievich"). Оренбургская биографическая энциклопедия (Biographical Encyclopedia of Orenburg). http://orsk-net.ru/kraeved/biblioteka/enciklopedii/obe/t.php?print (in Russian) ^ Jump up to:a b "ТИНЧУРИН Карим Галиевич" ("Tinhurin, Karim Galievich"). Большой Энциклопедический Словарь (Great Biographical Dictionary). Kulichki.net. Retrieved 8 March 2009. http://education.kulichki.net/dic/20d.html (in Russian) Karim Tinchurin accessed 27 May 2008 İstinad

Kateqoriya:Tatarıstan Kateqoriya:Rusiya dramaturqları Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:Rusiyanın teatr rejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:Rusiya aktyorları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:Tatar yazıçılar Kateqoriya:SSRİ-də repressiyaya uğramış mədəniyyət və incəsənət xadimləri Kateqoriya:SSRİ-də ölümündən sonra bəraət alanlar