Karan adası — İnzibati baxımdan Səudiyyə Ərəbistanına aid olan ada. Əl-Cubayl aşəhərindən 60 km şimalda yerləşir. Öz növbəsində mərcan rifindən ibarət olan ada 2100 m uzunluğa, 640 m enə, 1.5 m hündürlüyə malikdir. Səudiyyə Ərəbistanı və İran arasında ərazi mübahisəsi olmuşdur. İki ölkə arasında 1968-ci ildə imzalanan anlaçmaya görə Əl-Ərəbiyə ilə birlikdə Səudiyyə Ərəbistanına, Farsi adası isə İrana güzəştə gedilmişdir.

Mənbə Karan adasının minerologiyası İranla Səudiyyə Ərəbistanı arasında sərhəd mübadiləsi

Kateqoriya:Fars körfəzi adaları Kateqoriya:Səudiyyə Ərəbistanı adaları