Şirin Teymur qızı Bünyadova (d.1963, Bakı şəhəri) — Azərbaycan tarixçisi, etnoqraf alim, tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin Arxeologiya və Etnoqrafiya kafedrasının professoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Müdafiə Şurasının üzvü.

Həyat və fəaliyyəti Şirin Bünyatova 1963-cü ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qazax rayonundandır.

1979-cu ildə 7 saylı orta məktəbi qızıl medalla bitirmiş və 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur.

Elmi fəaliyyəti 1984-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini, fərqlənmə diplomu ilə bitirib.

1984-cü ildə AMEA-nın Tarix İnstitutunun aspiranturasına əyani şöbəyə (etnoqrafya ixtisası üzrə) daxil olmuşdur.

1991-ci ildə "Nizaminin əsərlərində etnografik məsələlər” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

2008-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri doktoru dərəcəsi almışdır.

Əmək fəaliyyəti 1987-cü ildən institutun "Yeni tikinti sahələrinin arxeoloji tədqiqi" fəaliyyəti göstərmiş; 1990-ci ildə AMEA-nın Etnoqrafiya və Arxeologya İnstitutun kiçik elmi isçi olmuş; 1991-ci ildə AMEA-nın Etnoqrafiya və Arxeologiya İnstitutun elmi isçi olmuş; 1993-cü ildə AMEA-nın Etnoqrafiya və Arxeologiya İnstitutun baş elmi isçi vəzifədə olmuş; 1992-1998 -ci illər ərzində 44 saylı orta məktəbdə müəllim vəzifəsində işləmiş; 1996-1998-ci illərdə isə Təfəkkür Universitetində dərs demiş; 2005-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini saat hesabı müəllimə fəaliyyəti göstərmiş; 2009-cu ildən Bakı Dövlət Universitetinin tarix fakültəsinin yarım ştat müəllimi işləmiş; 2009-cu ildən Bakı Dövlət Universitetinin Arxeologiya və Etnoqrafiya kafedrasında dosent işləmiş. 2011-ci ildən Bakı Dövlət Universitetinin tam ştat Arxeologiya və Etnoqrafiya kafedrasinda müəllim işləyir. 2016-cı ildən Bakı Dövlət Universitetinin Arxeologiya və Etnoqrafiya kafedrasında professor işləyir. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Müdafiə Şurasının üzvüdür.

Təltifləri "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı (2019).

Monoqrafiyaları

Nizami və etnoqrafiya. Bakı: Elm, 1992, 156 s.Şirin Bünyadova. Nizami və etnoqrafiya Azərbaycan qonaqpərvərliyi. Bakı: Elm, 2005, 152 s. Azərbaycanın təsərrüfatı və maddi mədəniyyəti (XII-XVI əsrlər). Bakı: Elm, 2007, 360 s. Orta əsr Azərbaycan ailəsi. Bakı: Elm, 2012, 383 s.Şirin Bünyadova. Orta əsr Azərbaycan ailəsi Münasibətlər müstəvisi. Bakı: Mütərcim, 2018, 151 s.Şirin Bünyadova. Münasibətlər müstəvisi

Xarici keçidlər Ethnography and Archaeology Orta əsr Azərbaycan ailəsi

Həmçinin bax Bakı Dövlət Universitetinin Tarix fakültəsi Etnoqrafiya Arxeologiya və Etnoqrafiya İnstitutu

İstinadlar

Mənbə Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017. 512 səh.

Kateqoriya:1963-cü ildə doğulanlar Kateqoriya:16 martda doğulanlar Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Tarix elmləri doktorları Kateqoriya:Professorlar Kateqoriya:Azərbaycanın qadın tarixçiləri Kateqoriya:Azərbaycanlı tarixçilər Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Arxeologiya kolleksiyaları Kateqoriya:Tarix fəlsəfəsi Kateqoriya:Təfəkkür Universitetinin müəllimləri Kateqoriya:Azərbaycan etnoqrafiyası