Şollerin arxivi — ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımovun olduğu Azərbaycan filmi. Film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Məzmun Filmdəki hadisələr XX əsrin 40-cı illərindən Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Cəlaləddin Qasımovun sözlərinə görə filmin süjet xətti real həyatdan götürülüb:

Çəkilişlər Gəncə, Xanlar, Tovuz və Bakıda aparılıb.

Beynəlxalq kino festivallarda iştirakı “Şollerin arxivi” bədii filmi həm Karlovı Varı Beynəlxalq Film Festivalında, həm də Kann Film Festivalında nümayiş etdiriləcək. Cəlaləddin Qasımov bildirib ki, artıq hər iki festival filmi nümayiş üçün qəbul edib. Cəlaləddin Qasımovun sözlərinə görə, Kann Film Festivalında filmlərin qəbul vaxtının martın 5-də bitməsinə baxmayaraq, təşkilatçılar “Şollerin arxivi”ni aprel ayında qeydə almaqdan imtina etməyiblər. Hətta festivala qəbul üçün ödəniş rüsumlarını belə özləri ödəyiblər.

“Şollerin arxivi” filmi 4 iyul 2018-ci il tarixində Belçikanın Move Me Producions Belgium Festivalının 10-cu buraxılışında “Ən yaxşı film” nominasiyasına layiq görülüb. Ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı ssenari”, “Ən yaxşı dram", “Yaradıcılıq axtarışlarına xüsusi diplom və qızıl priz” mükafatlarına layiq görülüb. Film son bir ildə 36 beynəlxalq festivalda uğur əldə edərək, Azərbaycan kino sahəsində ən çox mükafat qazanan ekran əsəri olub. Mükafatları və nominasiyası İl Mükafatın adı Ölkə Nəticə5 iyun 2018Straight Jacket Guerilla Film Festival Diplom11 iyun 2018European Cinematography AWARDS (“Best Drama Film” kateqoriyası üzrə)“Best Drama Film” kateqoriyası üzrə Finalçı11 iyun 2018European Cinematography AWARDS (“Best First Time Director” kateqoriyası üzrə) Yarı Finalçı13 iyun 2018Genre Celebration Festival (Ən Yaxşı Dram Bədii Nominasiyası)13 iyun 2018AltFF Alternative Film Festival Yarı Finalçı19 iyun 2018Canada’s Yes! Let’s Make a Movie Film Festival20 iyun 2018Los Angeles Cine Fest Yarı Finalçı29 iyun 201828th Chichester International Film Festival Diplom2 iyul 2018Move Me Productions Belgium Film FestivalFinalçı14 iyul 2018Social Machinery Film Festival 20 iyul 2018Lakecity İnternational Film Festival 15 avqust 2018Iranian Film Festival – San Francisco Yarı Finalçı3 sentyabr 2018Global Nonviolent Film Festival 8 sentyabr 20182019 Great Lakes International Film Festival Diplom1 oktyabr 2018Lifft India Filmotsav (World Cine Fest)Diplom8 oktyabr 2018The Lift-Off SessionsDiplom31 oktyabr 2018Capital Filmmakers Festival Yarı Finalçı10 noyabr 2018Mediterranean Film Festival Cannes 12 noyabr 2018Cannes Film Festival baxış festivalı-19LM038119 dekabr 2018Germany’s Best Independents International Film Festival Finalçı29 yanvar 2019Dadasaheb Phalke Internetational Film Festival Diplom31 yanvar 2019New Dreams International Film Festival Diplom31 yanvar 2019Rosarito International Film Festival Diplom19 fevral 2019First-Time Filmmaker SessionsSeçilmiş5 mart 2019International Film Festival of Detective Films and Television programs on Law-Enforcement themes DetectiveFEST Seçilmiş1 iyul 2019FESTIVAL ANGAELICASeçilmiş1 iyun 2019Under The Stars International Film FestivalSeçilmiş29 iyun 2019New York Cinematography AWARDS Seçilmiş1 iyul 2019FESTIVAL ANGAELICASeçilmiş22 avqust 2019Accolade Global Film Competition 20 sentyabr 2019MozimotionSeçilmiş10 oktyabr 2019Green Mountain Christian Film FestivalƏn yaxşı xarici film10 oktyabr 2019Green Mountain Christian Film FestivalƏn yaxşı xarici direktor14 oktyabr 2019Prince of Prestige Academy Awards 10 noyabr 2019Festiflix Seçilmiş8 yanvar 2020Waco Family & Faith International Film Festival Seçilmiş21 yanvar 2020The BeBop Channel Content Seçilmiş23 yanvar 2020CINEMA LAB 2020 Yarı Finalçı

İstinadlar

Kateqoriya:2018-ci ilin Azərbaycan filmləri