Erd () — Macarıstanda Peşt əyalətinin tərkibinə daxil olan şəhər.
Tarixi Ərazidə ilkin məskunlaşma qədim dövrlərdən başlamışdır. Arxeoloji tapıntılara əsasən insanların burada 50 min il əvvəl məskunlaşdığı göstərilir.
Erd haqqında 1243-cü ilin sənədlərində bəhs edilir. Osmanlı İmperiyasının Macarıstanı işğal etdiyi vaxtlarda Erd türklər tərəfindən 1543-cü ildə Sekeşfexervar qalasının təslim olmasından sonra fəth edildi. Osmanlılar burada ənənəvi bir qala inşa etmişdilər. Övliya Çələbi öz səyahətnaməsində yazır ki, qala içərisində 20 ev və məscid var.Osmanlı Macaristan' ında Kentler, Kaleler; Burcu ÖZGÜVEN
1684-cü ildə Lotaringiya hersoqu V Çarles in başçılıq etdiyi ordu Erd yaxınlığında türkləri məğlub etdi və şəhər 150 ilə yaxın sürən Osmanlı hakimiyyətindən çıxdı. 1776-cı ildə Erd qəsəbə oldu. 20-ci əsrin əvvəllərində Erd Karolyi ailəsinin mülkü oldu. Qəsəbə daha da inkişaf etməyə başladı, lakin əsas etibarilə 1972-ci ilə qədər əkinçilik qəsəbəsi olaraq qaldı.
Erd Macarıstanda 1991 və 2001-ci ilin statistikasına görə ən sürətlə böyüyən şəhər idi. 7 noyabr 2005-ci ildə Macarıstan Parlamenti Erdin 2006-cı ilin payızında keçirilən parlament seçkilərindən sonra şəhər olacağına qərar verdi.
Nəqliyyatı İctimai nəqliyyat 5 avtobus xətti ilə Volanbusz tərəfindən idarə olunur. Şəhərdə beş dəmiryolu stansiyası var. Sərnişinlər Budapeşt, Peç, Nadkanija, və s. şəhərlərə səyahət edə bilərlər.
Qalereya
Beynəlxalq əlaqələri Qardaşlamış şəhərlər City Country Poynton Birləşmiş Krallıq Reqin Rumıniya Lyubaçov Polşa Suçjoy Çin
Həmçinin bax Şopron
İstinadlar
Xarici keçidlər
in Hungarian Aerial photography: Érd
Kateqoriya:Macarıstan şəhərləri