Corlu — Azərbaycan Respublikasının Qəbələ rayonunun Mirzəbəyli kənd inzibati ərazi dairəsində kənd.
Coğrafiyası Kəndin mərkəzindən keçən Bum çayının kənarlarında Şah–Daş bəndi çəkilib. Dağ çaylarının məcradan çıxmasının qarşısını almaqdan ötrü qurulan bəndin möhkəmlənməsi üçün əlavə fəhlə qüvvəsi ilə yanaşı, kənd camaatı da səfərbər olunub.Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009. Kənddə altı artezian quyusu qazılıb və bütün məhəllələrdə istifadəyə verilən su həyətlərin əksəriyyətinə çəkilib. Kəndarası yollar yüksək səviyyədə asfaltlaşır. Çuxur Qəbələyə gedən yolun üzərinə beton örtüyü çəkilib.
Toponimikası Corlu oyk., sadə. Alazan–Əyriçay çökəkliyindədir. Kəndin adı peçeneqlərin cor tayfa adı ilə əlaqələndirilir və "corlar yaşayan kənd" kimi izah edilir. Toponimi Çovurlu çayının adı ilə bağlayanlar da var. Hər iki halda etnotoponimdir. Şəki r-nunun Kiş kəndinin məhəllələrindən biri də Cor adlanır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 2025 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Qəbələ rayonu
Xarici keçidlər İnzibati Ərazi Vahidləri
İstinadlar
Kateqoriya:Qəbələ rayonunun kəndləri