Soltannuxa — Azərbaycan Respublikasının Qəbələ rayonunun Soltannuxa kənd inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Soltannuxa kəndi Böyük Pirəli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Soltannuxa kənd inzibati ərazi vahidi yaradılmışdır.
Toponimikası Oykonim Soltan antroponimindən və Nuxa toponimindən ibarətdir. Kəndin əsasını Nuxa (indiki Şəki) şəhərindən çıxmış Soltan (Nuxalı Soltan) adlı şəxs qoyduğuna görə belə adlanmışdır. Rayonun ərazisində Soltanuşağı adlı yer də qeydə alınmışdır. Kənd sakinlərinin verdiyi məlumata görə, Şəki bəyi olan Soltan bəy Şəkinin Nuxa adlandığı vaxtlarda bu kəndə sahiblənmiş və kəndin hazırkı adının Soltannuxa olması bilavasitə Nuxa kəndindən Soltan bəy mənasını daşıyır.Şəlalə Məhyəddinqızı. Qəbələ Qafqazın incisi. Bakı: Oğuz eli, 2009.
Tarixi Kənd 1768-cu ildə yaradılmışdır. Qəbələ radiolokasiya stansiyası bu kəndin təpələrində yerləşir.
Coğrafiyası və iqlimi Kənd Alazan–Əyriçay çökəkliyində yerləşir. Soltannuxa kəndi təpədə meşədən, yamacda otlaq sahələrindən və ətəkdə isə yaşayış evlərindən ibarətdir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2557 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin meyvə bağları, tərəvəz sahələri olsa da, əsas gəlir xırda buynuzlu heyvandarlığın inkişafından götürülür.
İstinadlar
Xarici keçidlər Qəbələ rayonu İnzibati Ərazi Vahidləri
Həmçinin bax
Kateqoriya:Qəbələ rayonunun kəndləri