Baltadimdik () — sərçəkimilər dəstəsinə aid quş növü.
Uzunluğu 16.5-18 sm olan bu quşun ayırdedici xüsusiyyəti başına nisbətdə olduqca iri olan dimdiyidir. Müxtəlif bitkilərin toxumlarını (xüsusən gilas, ərik və yemişan) qırmaqda istifadə etdiyi bu dimdiyi ilə 50 kq-lıq güc tətbiq edə bilir. Arada böcəklərlə də qidalanır. Daha çox meşəlik və ya sıx ağaclar olan ərazilərdə rast gəlinir. Olduqca aqressiv olurlar, xüsusən də çoxalma və balalama dövründə. Yuvasını əsasən ağac oyuqlarında qurur və 4-5 ədəd yumurta qoyur. Balalrın qayğısına daha çox dişi quş qalsa da yuva yerinin seçilməsi və konstruksiyası işini erkək fərd edir.
İstinadlar
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avrasiya quşları Kateqoriya:Afrika quşları Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar