Gülnar Sərvətian () — Azərbaycan əsilli İran karikaturaçısı və kitab illüstratoru.
Həyatı Gülnar Sərvətian 1977-ci ildə Təbriz şəhərində anadan olmuşdur. Atası Bəhruz Sərvətian fars dili və ədəbiyyatı üzrə ixtisaslaşmış alim olmuş və universitetdə professor vəzifəsində çalışmışdır.
Gülnar Sərvətian kareyerasına qrafik dizayner və karukaturaçı kimi başlamışdır. 2006-cı ildən bu işlə peşəkar səviyyədə məşğul olmağa başlamışdır. O, İran daxilində təxminən 50 uşaq kitabı üçün illüstratorluq etmiş və müxtəlif nəşriyyatlarla çalışmışdır. Karikaturaçılıqdan və kitab illüstratorluğundan əlavə həvəskar səviyyədə rəsm əsərləri çəkməklə, hekayələr və poemalar yazmaqla da məşğuldur.
Kareyerası Gülnar Sərvətian Çində keçirilən Biennial Karikatura və Xəyal festivalında Braziliya, Rusiya, Polşa, Türkiyə, Meksika və İtaliya nümayəndələri ilə yarışda qalib gəlmişdir.Mehr News یک معلم کرجی موفق به کسب سه جایزهٔ بینالمللی شد O, həmçinin 2016-cı ildə "VII Beynəlxalq Karikatura Yarışı"nda "Berlin Oxuçu Mükafatı və Sertifikatı"na layiq görülmüşdür.IRNA معلم البرزی حائز رتبهٔ منتخب در جشنوارهٔ بینالمللی برلین شد Gülnar Sərvətian əsərləri XVI İtaliya Teatr Təsviri sərgisində fransalı, italiyalı, meksikalı və amerikalı rəssamların əsərləri ilə yanaşı nümayiş etdirilən 3 iranlı rəssamdan biridir.IBNA افقهای تازه در برابر تصویرگران ایرانی KhabarOnline موفقیت تصویرگران ایرانی در ایتالیا IranCartoon جایزهٔ مردمی جشنوارهٔ برلین به گلنار ثروتیان رسید
Festivallar və mükafatları "VII Beynəlxalq Karikatura Müsabiqəsi"ndə "Oxuçu Mükafatı və Sertifikatı" "Beynəlxalq Əskişəhər Karikatura festivalı"nda seçilən əsər mükafatı "I Beynəlxalq Mərhəmətin peyğəmbəri Məhəmməd festivalı"nda ikinci yer "Şur və Şourda poster dizaynı festivalı"nda birinci yer "XIV Vizual İncəsənət festivalı"nda birinci yer "XIII Vizual İncəsənət festivalı"nda birinci yer "IV Beynəlxalq İdmanda Yumoristik Rəsmlər festivalı"nda seçilən əsər mükafatı "Beynəlxalq Karikatura Yarışı"nda seçilən başlıq mükafatı "Beynəlxalq Biennial Karikatura və İllüstrasiya Master Kuboku"nda seçilmiş mükafat "Belqrad İllüstratorlar Festivalı"nda seçilən əsər mükafatıCartoonBlues.com 2
Nəşrlər Sərvətian 40-dan çox uşaq kitabının və jurnalının illüstratoru olmuşdur. Bu kitablar arasında yazıçı və illüstratoru olduğu bu kitablar da vardır:
Mūrcheh ( ), Tehran: Maşgh-e Honar, 2012 Būzīneh ( ), Tehran: Maşgh-e Honar, 2012 Parvāneh ( ), Tehran: Maşgh-e Honar, 2012 Gāv ( ), Tehran: Mashgh-e Honar, 2012 Efrīt va Bāzargān ( ), Tehran: Maşgh-e Honar, 2012 Fīl-hā va Parastū-hā ( ), Tehran: Maşgh-e Honar, 2012 Golparī, Tehran: Maşgh-e Honar, 2012 Hodhod ( ), Tehran: Mashgh-e Honar, 2012 Mār ( ), Tehran: Maşgh-e Honar, 2012 Ankabūt ( ), Tehran: Maşgh-e Honar, 2012 Nahang ( ), Tehran: Maşgh-e Honar, 2012
O, həmçinin bu orta məktəb dərsliklərinin həmmüəllifidir:
Tarrāhi-e Nešāneh, Tasvīrgari-e Ketāb-e Kūdak va Nezārat-e Čāp ( ), III çap, səhifə:79-140ref>Chap.sch.ir: طراحیِ نشانه، تصویرگری کتاب کودک و نظارتِ چاپ</ref> Rāhnamā-ye Honarāmūz; Tarrāhi-e Nešāneh, Tasvīrgari-e Ketāb-e Kūdak va Nezārat bar Čāp( ).
Həmçinin bax İran azərbaycanlılarının siyahısı Cənubi Azərbaycan
İstinadlar
Kateqoriya:İran azərbaycanlıları