Terek () — Rusiya Federasiyası, Kabarda-Balkariyanın ərazisində yerləşən şəhər. Terek rayonunun inzibati mərkəzidir. Şəhər dairəsinə yalnız bir yaşayış məntəqəsi daxildir.

Coğrafiya Terek şəhəri Terek rayonunun qərbində, Terek çayının sağ sahilində yerləşir. Respublikanın paytaxtı Nalçikdən 53 km şərqdədir. Şəhərin sahəsi 12 km²-dir. Şimaldan cənuba şəhərin uzunluğu 5 km, qərbdən şərqə 3 km-dir.

Aşağıdakı yaşayış məntıəqələri ilə həmsərhəddir: şimalda Arik, şərqdə Deyskoye, qərbdə İnternasionalnoe və Aleksandrovskaya.

Şəhər respublikanın dağətəyi zonasında, Kabardın malli düzənliyində yerləşir. Ərazi qərbdə və şimalda yumru təpələri olan nisbətən düz ərazidən ibarətdir. Şəhər ərazisində orta hündürlük dəniz səviyyəsindən 254 metrdir.

Hidroqrafik şəbəkə Terek çayı ilə təmsil olunur. Çay vadisi sıx çay meşələri ilə örtülüdür. Bölgədəki kənd təsərrüfatı torpaqlarının suvarılması üçün nəzərdə tutulmuş kiçik kanallara sahibdir. Şəhərin şimalı meşəlikdir.

İqlimi rütubətli və mülayim yaya və sərin keçən qışa sahibdir. Havanın orta illik temperaturu təqribən + 10,5 ° C, iyulda ortalama + 22.5 ° C, yanvarda isə -2.0 ° C arasında dəyişir. Havanın orta sutkalıq temperaturu qışda −5 ° C-dən + 10 ° C-ə, yayda + 16 ° C-dən + 30 ° C-ə qədərdir. Qışda minimum temperatur nadir hallarda -12 ° C-dən aşağı olur, yayda maksimum temperatur + 35 ° C-ə çatır. Orta illik yağıntının miqdarı təxminən 650 mm-dir. Ən çox yağıntı aprel-iyun aylarına düşür. Əsas küləklər: şərq və şimal-qərb.

Əhali Urbanizasiya 2019-cu il 1 yanvar tarixinə əsasən Rusiyanın 1115 şəhəri arasında əhalisinin sayına görə 679-cu yerdədir. Əhalisinin sıxlığı — 1624.5 nəf./km². Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: XalqSay, nəf.Ümumi əhaliyə olan nisbəti, %Kabardinlər 16 400 85,6 %ruslar 1 917 10,0 %osetinlər 219 1,1 %digərləri 634 3,3 %ümumi 19 170 100,00 % Cins tərkibi 2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat: YaşKişilər,nəf.Qadınlar,yaş.Ümumisay.ümumi əhaliyəolan nisbət, % 0 — 14 yaş 1 743 1 765 3 508 18,3 % 15 — 59 yaş 6 107 6 993 13 100 68,3 % 60 yaşdan yuxarı 908 1 654 2 562 13,4 % ümumi 8 758 10 412 19 170 100,0 % Kişilər — 8 758 nəf. (45,7 %). Qadınlar — 10 412 nəf. (54,3 %).

Əhalinin orta yaşı — 35,5 yaş. Kişilərin orta yaşı — 33,6 yaş. Qadınların orta yaşı — 37,0 yaş.

Səhiyyyə Rayon Xəstəxanası - Panaqova k., 110. Rayon Poliklinikası - Fanziev k., 8. Rayon Stomotoloji Mərkəzi - Lenin k., 22. Laboratoriya Diaqnostika Mərkəzi - Lenin k., 53.

Din Şəhərdə 4 məscid var : «Cənnət» - Qoqol k., 19. «İslam» - Pervoye k., 6. «Ramazan» - Kirov k., 162. «Tövhid» - Puşkin k., 125.

Mədəniyyət Bölgənin tarixi və mədəniyyətinə həsr olunmuş muzey - Kiçik Kabarda Rayon Mədəniyyət Evi Rayon kitabxanası Şəhər Mədəniyyət Sarayı İdman və fitness kompleksləri

İstinadlar

Mənbə Городское поселение Терек Терек — город алмазников Код ОКТМО

Kateqoriya:Rusiya şəhərləri