Bican bəy (Bezhan, Bizhan) — gürcü mənşəli Səfəvi məmuru və qulam.
Şah Süleyman Səfəvi (1666–1694) dövründə Təbriz bəylərbəyliyinin qubernatoru vəzifəsini daşımışdır.
Bican Saakadze nəslinin bir fərdi olan keçmiş sepahsalar ( baş komandan) Rüstəm xan Sipəhsaların (1588 - 1 mart 1643) oğlu və sonrakı sepahsalar və divanbəyinin (kansler, baş ədliyyə) Rüstəm xanın əmisi idi. Bican bəy babasının adını daşıyırdı. Qardaşı Səfiqulu xan (vəfatı 1679-cu il) Səfəvi sıralarında da nüfuzlu vəzifələr tuturdu.
İtalyan səyyahı Qemelli Karerinin sözlərinə görə Bicanın ailəsi həmişə şahın sevimlilərindən biri olmasına baxmayaraq, Bicanın özü baş vəzir Şeyxəli xan Zəngənəin (1669-1689) hakimiyyəti dövründə "rüsvayçılığa" məruz qalmışdı. Şeyxəli xan onu "dəli" və "sərxoş" olduğunu iddia edərək Şah Süleymanı "şübhəli" etdi. Kareri əlavə edir ki, yalnız güclü qardaşı oğlu Rüstəm xanın vasitəçiliyi ilə şah nəhayət ağlı başında olduğuna əmin ola bildi.
İstinadlar
Mənbələr
Kateqoriya:Səfəvi sərkərdələri Kateqoriya:Qulamlar Kateqoriya:Səfəvilərin Azərbaycan bəylərbəyiləri Kateqoriya:İran gürcüləri