Doqquz qüllə (inq : Ийс гӏала) memorial kompleksi — İnquşetiya respublikasında yerləşən və Stalin repressiyalarının qurbanlarına həsr olunmuş abidə.

Haqqında Muzeyin açılışı 23 fevral 1997-ci ildə inquş və çeçenlərin Orta Asiya və Qazaxıstana sürgün edilməsinin ildönümündə baş tutub. Abidənin layihəsinin müəllifi Rusiyanın əməkdar rəssamı Murad Polonkoyevdir. O, 2002-ci ildə bu layihəsinə görə Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülüb. Memorial abidə memarlıq abidəsi kimi qeydə alınıb və Rusiya Rəssamlıq Akademiyasının reyestrinə salınıb. Abidə 1997-ci ildə məftillərlə əhatələnmiş 9 qüllə şəklində tikilib. Bu məftillər sürgün edilmiş 9 xalqı simvolizə edir. Mərkəzi qüllə 4 mərtəbəlidir və hündürlüyü 25 metrdir. Qüllələr ayrı ayrılıqda inquş xalqının fərqli memarlıq dövrlərini əks etdirir.

Abidədə keçirilən anım günləri 23 fevral - İnquş xalqının deportasiyasını anım günü. 30 oktyabr - Siyasi repressiya qurbanlarının anım günü.

Həmçinin bax Kədər maskası 1944-cü ilin deportasiya qurbanları memorialı

Xarici keçidlər Doqquz qüllə Memorial Kompleksi Doqquz qüllə Memorial Kompleksi

İstinadlar

Kateqoriya:Stalin repressiyalarının qurbanlarına həsr olunmuş abidələr Kateqoriya:Kommunizm qurbanlarına həsr olunmuş abidələr