Məhəmməd bəy Behbud bəy oğlu Sarıcalı-Cavanşir (Məhəmməd bəy Aşiq; ) — şair, Əbdüssəməd bəy Aşiqin atası.
Həyatı Məhəmməd bəy Aşiq 1800-cü ildə Şuşa şəhərində dünyaya göz açmışdı. Mükəmməl mədrəsə təhsili almışdı. Dövrünün bir çox ziyalıları kimi şərq dillərini bilirdi. Məhəmməd bəy Vərəndə, Kəbirli mahallarindakı oba və kəndlərini qardaşı Böyük bəyə buraxıb Zəngilan kəndinə köçmüşdü. Onun Zəngilan həyatı keşməkeşli keçmişdi. Qayınları ilə savaşmış, məhkəməyə düşmüşdü.
Məhəmməd bəy 1861-ci ildə vəfat edib.Ənvər Çingizoğlu. Behbudovlar. Bakı: Mütərcim, 2008
Məhəmməd bəy Ehsan xan Kəngərlinin qızı Sona bəyim ilə ailə qurmuşdu. Əbdüssəməd bəy, Behbud bəy, Teymur bəy adlı oğulları vardı.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Cavanşirlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan dilində yazan şairlər