Fan İçji ( Fāng Yǐzhì, ) — Çin filosofu, astronomiya, filologiya, dilçilik, musiqişünaslıq, tibb və digər elmlərlə məşğul olan alim Çində ilk dəfə olaraq "fəlsəfə" və "elm" terminoloji fərqini aparmış və konfutsianlığın, daosizm və buddizmin vəhdətini təsdiq etmişdir. Ensiklopediyaçı-alimdir.
Həyatı 1611-ci ildə Fan İçji alim ailəsində dünyaya göz açmışdır. 1640-cı ildə Hanlin akademiyasında tarixşünas vəzifəsini daşımışdır. Çin sülaləsi hakimiyyətə gəldikdən dərhal sonra 1644-cü ildə Fan İçji cənuba qaçmışdır.
1650-ci ildə Fan İçji buddist rahibi olmuşdur, onun dövrümüzədək saxlanılmış əsərlərindən ən mühümü "U-li syao-şi" əsəridir, burada Fan İçjiyə məlum olan elmi biliklər yer almış və onlar 3 sahəyə (fəlsəfə, təbiyyatşünaslıq və idarəçilik) bölünməklə təsnif edilmişdir. Sonradan Fan İçji öz doğma torpaqlarına getdi və ilk Nankin səmavi sülh monastırında məskunlaşdı.
İstinadlar
Kateqoriya:Çin filosofları Kateqoriya:Çin həkimləri Kateqoriya:XVII əsr həkimləri