Sultan Əhməd şah () — Qacarlar nəslindən olan sonuncu İran şahı (1909–1925).
Həyatı Sultan Əhməd Mirzə Məhəmməd Əli şah oğlu 1897-ci ildə Təbriz şəhərində doğulmuşdu. Mükəmməl saray təhsili almışdı. Sultan Əhməd Mirzə 1909-cu ildə atasının könüllü surətdə şahlıqdan əl çəkəndən sonra taxta əyləşdi. thumbnail|Əhməd şah Qacar Bakıda, 1919-cu il|left 1921-ci ildə İranda dövrün Müharibə Naziri və İran Kazak Briqadasının komandiri polkovnik Rza Pəhləvinin rəhbərliyi altında üsyan baş verir və Əhməd şah hakimiyyətdəki gücünü itirdi. 1923-cü ildə İranı tərk edən Əhməd şah 1925-ci ildə rəsmi olaraq devrildi və Rıza Pəhləvi İranın yeni şahı olur. Nəticədə 1789-cu ildən İrana rəhbərlik edən Qacar sülaləsi hakimiyyətdəki yerini Pəhləvi sülaləsinə buraxır. Əhməd şah Qacar 1930-cu ildə Fransada Parisin ətrafında vəfat edib və İraqın Kərbəla şəhərində dəfn olunub.
Övladları Oğlu Firudin Mirzə Qovanlı-Qacar
Qızları Məryəmduxt xanım Qovanlı-Qacar İranduxt xanım Qovanlı-Qacar Hümаyunduxt xanım Qovanlı-Qacar
Xarici keçidlər İranın sonuncu türk şahının Bakıya səfəri:Əhməd şah Qacarı AXC adından kim qarşılayıb? – NADİR FOTOLAR
İstinadlar
Kateqoriya:Qacar şahları Kateqoriya:"Fəxri legion" ordeninin Böyük xaçı kavalerləri Kateqoriya:İran Məşrutə inqilabı şəxsləri Kateqoriya:Devrilmiş monarxlar Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:İran siyasətçiləri Kateqoriya:XX əsr İran siyasətçiləri Kateqoriya:İran şəxsləri