Abinsk rayonu () — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Abinsk şəhəridir. Coğrafiyası Rayonun ərazisi 1624 km²-dir. Cənubda Gelencik şəhər dairəsi ilə həmsərhəddir, sərhəd Baş Qafqaz silsiləsi boyunca keçir. Şimalda Kuban çayı boyunca Krasnoarmeyski rayonu, qərbdə Krımski rayonu ilə, şərqdə Severnı rayonu ilə həmsərhəddir.

Coğrafiyası Abinsk rayonu 2 iyun 1924-cü ildə Cənub-Şərq diyarının Kuban dairəsinin bir hissəsi olaraq qurulur. Buraya Kuban-Qara dəniz vilayətinin Taman şöbəsinin ləğv edilmiş Abinsk, Minqrel və Xolmsk volostlarının əraziləri daxil idi. Əvvəlcə rayon 8 kənd şurasından ibarət idi: Abinsk, Aktirski, Barnavinsk, Merçansk, Minqrelsk, Xolmsk, Şapsuqsk və Erivansk.

16 noyabr 1924-cü ildən Şimali Qafqaz diyarının bir hissəsi olur.

10 mart 1932-ci ildə Abinsk rayonu ləğv edilir və bütün ərazisi Krımsk rayonuna birləşdirilir.

31 dekabr 1934-cü ildə Azov-Qara dəniz diyarının, 13 sentyabr 1937-ci ildən isə Krasnodar diyarının bir hissəsi olaraq rayon bərpa edilir.

1 fevral 1963-cü ildə Abinsk rayonunun bütün kənd sovetlikləri Krımsk rayonuna verilir. Abinsk, Krımsk və Severnı rayonlarının kənd məclisləri arasından Abinsk sənaye rayonu qurulur.

12 yanvar 1965-ci ildə Abinsk Sənaye rayonu ləğv edilir və Abinsk rayonu əvvəlki sərhədlərinə bərpa edilir.

1 yanvar 2006-cı ildən etibarən Krasnodar diyarının 5 may 2004-cü il tarixli 700-KZ qanununa əsasən, Abinsk rayonu 8 bələdiyyədən: 2 şəhər və 6 kənd yaşayış məntəqəsindən ibarət bələdiyyədən ibarət olur. Əhalisi Milli tərkib 2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: xalqsay, nəf. ümumi əhaliyə olan nisbət, % ruslar 81 470 88,64 %ermənilər 2733 2,97 %ukraynalılar 1552 1,69 %digərləri 4059 4,42 %milliyyətini bildirməyənlər 2095 2,28 %ümumi 91 909 100,0 % Cins tərkibi 2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat: YaşKişilər,nəf.Qadınlar,yaş.Ümumisay.ümumi əhaliyəolan nisbət, % 0 — 14 yaş 7319 6863 14 182 15,43 % 15 — 59 yaş 28 197 29 128 57 325 62,37 % 60 yaşdan yuxarı 7473 12 929 20 402 22,20 % ümumi 42 989 48 920 91 909 100,0 %

Kişilər — 42 989 nəf (46,8 %). Qadınlar — 48 920 nəf. (53,2 %).

Əhalinin orta yaşı — 40,9 yaş. Kişilərin orta yaşı — 38,2 yaş. Qadınların orta yaşı — 43,3 yaş.

İnzibati-ətazi vahidləri Yanaul rayonunda 2 şəhər və 6 kənd inzibati ərazi vahidliyinə 35 yaşayış məntəqəsi daxildir. Nəqliyyat Magistral yol və Krasnodar-Novorossiysk dəmir yolu xətti rayonu şərqdən qərbə keçir.

İqtisadiyyat Rayonda əhmiyyətli miqdarda qum, çınqıl, qumdaşı, əhəng daşı, neft və qaz hasil olunur. İstinadlar

Mənbə rayonun rəsmi saytı Муниципальное образование Абинский район Абинский район на портале исполнительных органов власти края

Kateqoriya:Krasnodar diyarının rayonları