Oba — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd.

Tarixi 13 sentyabr 1919-cu ildə ermənilər tərəfindən öldürülən azərbaycan türklərinin toplu halda basdırıldığı çuxurların bir qismi 1986-cı ildə kənddə aparılan qazıntılar zamanı aşkarlanmışdır. Bu quyularda ermeni daşnaq qüvvələrin tərəfindən öldürülən 90 azərbaycan türkünün skeletləri tapılmışdırOnk, Nizamettin (2006). Kafkasya'dan Anadolu'ya Iğdır Tarihi, Türk Dünyaları Araştırma Vakfı Yayınları, İstanbul. ISBN 975-498-177-9. Qərb Cəphəsi Komandanı Kazım Qarabəkir Paşanın 1919-cu ili sentyabrında Heyət-i Təmsiliyəyə yolladığı teleqramda bunlar bildirilir:

1920-ci ilin 11 noyabrdan 12-sinə keçən gecə 11-ci briqada komandanlığı ermənilərə qarşı hücuma keçmiş və elə həmin günün səhər saatlarında İğdır bələdiyyə binasına Türkiyə bayrağı sancılmışdır. Bu olaylardan sonra 14 noyabr 1920-ci il tarixində 15-ci korpus komandanı Kazım Qarabəkir Paşanın başçılığı altında Türkiyə ordusu erməniləri Araz çayının qüzeyinə qovmuşdurÇetinkaya, Nihat (1996). Iğdır Tarihi (Tarih, Yer Adları Ve Bazı Oymaklar Üzerine). İstanbul: Türk Dünyası Araştırmaları Vakfı. s. 116.. 3 dekabr 1920-ci ildə imzalanan Gümrü müqaviləsi ilə İğdır və ətrafı Türkiyə torpağı olması təsdiqlənmişdirSürmeli, sf. 75.

Oba kəndi 1928-ci ildən bəri eyni adla kənd statusunu sürdürməkdədir. 12 sentyabr 2001-ci ildə "Oba Kənd Şəhidlik Abidəsi" İğdır valiliyinin vəsaiti hesabına qoyulmuşdur. 13 sentyabr 2005-ci ildə isə abidə valilik tərəfindən yenilənmişdir.

Coğrafiyası İğdırdan 13 km uzaqlıqdadır. Kəndin qərbində Yaycı; qüzeyində Qasımcan, Hakmehmet və Quzugüdən; şərqində isə İğdır il mərkəzi və Enginalan kəndləri yer alır.

Əhalisi 1886-cı il məlumatına görə kənddə 448 nəfər azərbaycan türkü yaşayırdı. İllərə görə kənd əhalisi 2019544 2018 522 2017 533 2016 546 2015 499 2014 499 2013 489 2012 521 2011 484 2010 471 2009 464 2008 447 2007 516 2000 642 1990 674 1985 724 1980 690 1975 572 1970 463 1965 422 1960 378 1955 333 1950 358 1945 322 1940 276 1935 345 1886 448

İstinadlar

Mənbə Yerelnet

Kateqoriya:İğdır ilçəsinin bəldə və kəndləri