thumb|250px
Subatan yaylağı ()— Güney Azərbaycanın Talış dağlarında yerləşən ən tanınmış və gözəl yaylaqlarından biri.. Subatan yaylaqları Ərdəbil ostanının Hir bölümündəki, Nour gölündən 17 kilometr aralı, dəniz səviyyəsindən isə 1900-1970 metr yüksəklikdə yerləşir.
Etimologiya Subatan sözü iki türk (azərbaycan) sözündən ibarətdir Su+Batan. Subatan yaylaqlarında çoxlu bulaqlar olaraq, bu bulaqlar yer üzündə axdıqdan sonra yer içinə batırlar, elə buna görə də bura belə adlandırılmışdır.https://mihannovin.ir/Dünya-üzrə-bütün-yerlərdən-fərqli-olan-Subatan/http://www.soubatan.ir/contents/cc/113/Subatan-sözünün-anlamı Görməli yerlər thumb|200px|Subatanda bir şəlalə Batmanbulaq Gəncxana mağarası Varazan kəndindəki Varazan şəlaləsi Haçadaş Sarıdaş Məcmədaş Alçalıq ormanı və parkı Mahar kəndindəki Mahar şəlaləsi Subatan bazarı Sarıbulaq yurdundakı Dovşandaşı Subatan Köçəri Antropologiya Muzeyi Dovşandaşının yaxınlığındakı daş çuxurlar Köçərilərin qara çadırları Subatan qalası Qurudərə qəbristanlığı
Əhalisi thumb|250px|Subatanda köçəri bir qadın
Subatanın əhalisi Azərbaycan türkləridir və Azərbaycan türkcəsində danışırlar. Əhalinin çoxu köçəridir. Subatanın məhəllələri Qalabin yurdu: Burada təxminən 70 ailə yaşamaqdadır. Meylə bulağı: Bu məhəllədə daimi olaraq 50 ailə yaşasa da, onların sayı isə yayda çoxalır. Bazar: Bazar yurdu Subatanın ən çox əhalisi olan məhəlləsi olaraq, onda 300 ailədən çox insan yaşayır. Kələmər: Kələmər, Qalabin yurdunun aşağısında yerləşən bir kənddir ki onda 20 ailə yaşayır.
Mətbəx Subatanın ənənəvi yeməklərindən Saciçi, Qovurma, Qurtmac, Cızlıq, Sac çörəyi, Daş çörəyi, Kömbə, Bulama, Pendir qovurma və Qoyun ləvəngisinin adını çəkmək olar.
Görüntülər
Xarici keçidlər
Kateqoriya:Cənubi Azərbaycan