Mohand Məhəmməd Fayiz əl-Şəhri (; ) ― 11 sentyabr terror aktları çərçivəsində Yunayted Hava Yolları reys 175-i qaçıran beş hava quldurlarından biri. Soyadının eyni olmasına baxmayaraq, o, Amerika Hava Yolları reys 11-i qaçıran Vail əl-Şəhri və ya Valid əl-Şəhri ilə qohum deyildi.
Səudiyyə Ərəbistanı vətəndaşı olan əl-Şəhri pis göstəricilərinə görə oxuduğu məktəbdən qovulmuşdur. Daha sonra 2000-ci ildə döyüşmək üçün Çeçenistana yollandı, lakin böyük ehtimalla Əfqanıstandakı Əl-Qaidə təlim düşərgələrinə yönəldildi. 2000-ci il oktyabr ayında ABŞ tələbə vizasını aldı.
Şəhri ABŞ-yə 2001-ci ilin mayında gəldi. 11 sentyabr 2001-ci ildə Şəhri Yunayted Hava Yolları reys 175-ə mindi və təyyarənin Dünya Ticarət Mərkəzinin Cənubi Qülləsi ilə toqquşması üçün onu qaçırtmağa kömək etdi.
Həyatı 1979-cu il təvəllüdlü Şəhri Səudiyyə Ərəbistanının Əsir vilayətindən gələn beş hava quldurlarından biri idi, digərləri Əhməd əl-Nami, Əbdüləziz əl-Öməri və Mohand ilə qohumluq əlaqəsi olmayan Valid və Vail əl-Şəhri qardaşları idi.
"Arab News"un verdiyi məlumata görə, 2000-ci ilin əvvəllərində Çeçenistana döyüşməyə getdi və ola bilsin ki, orada Həmzə əl-Qəmdi ilə tanış oldu. 23 oktyabrda Mohand Ciddədə ABŞ B-1/B-2 vizası üçün müraciət etdi. Məktəbinin ünvanındakı səhvdən başqa müraciət şübhəli gəlmədi və viza verilməzdən əvvəl intevyu da təşkil olunmuşdur.
Həmzə və Mohand həmin ilin oktyabr ayında birlikdə İrandan Küveytə uçdular.9/11 Commission Report, p. 240. Üç ay sonra, cütlük Florida ştatının Delrey Biç şəhərində poçt qutusu kirayəyə götürdü və eyni ad altında ictimai kitabxana kompüterlərindən istifadə etmək üçün qeydiyyatdan keçdi."09.11.01: One Year Later." St. Petersburg Times. September 1, 2002.
O, 2001-ci ilin iyun ayı nağd depozit ilə SunTrust bank hesabı açan 9 hava quldurlarından biri idi.
Mohand Əbdüləziz əl-Öməri və Səid əl-Həmdi birlikdə Floridanın Vero Biç şəhərindəki "FlightSafety" Aviasiya Məktəbində simulyatorlarda təlim keçmişdir.
İstinadlar
Kateqoriya:11 sentyabr terror aktları iştirakçıları