İbrahim Məcnun oğlu Qaradağlı () — Azərbaycan teatr aktyoru və mədəniyyət işçisi, Azərbaycan SSR əməkdar artisti (1943).
Həyatı İbrahim Qaradağlı 1907-ci ildə hazırkı Ağdaş rayonunun Qaradağlı kəndində anadan olmuşdur. Səhnə fəaliyyətinə 1924-cü ildə kəndlərindəki dram dərnəyində başlamış, 1926–1938-ci illərdə Ağdaş rayon klubunun dram dərnəyində çalışmış, sonralar bu klubun direktoru olmuşdur. İbrahim Qaradağlı 1940-cı ildə Ağdaşda Kolxoz və Sovxoz Teatrı açılan zaman bu kollektivə daxil olmuş, teatr 1949-cu ildə bağlanana kimi burada aktyorluq və rejisorluq etmiş, həmçinin 1941-ci ildən direktor işləmişdir. Sonralar rayon mədəniyyət evində müdir, xalq teatrında rejissor işləyib. Aktyor kimi çıxış etdiyi tamaşaların bir qisminə özü quruluş verib.
İbrahim Qaradağlı 19 iyun 1978-ci ildə Ağdaşda vəfat etmişdir.
Təltif və mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943
İfa etdiyi əsas rollar Rol Tamaşa Müəllif Əsgər bəy Hacı Qara Mirzə Fətəli Axundov Şahmar bəy Müsibəti-Fəxrəddin Nəcəf bəy Vəzirov Niyaz Pəri cadu Əbdürrəhim bəy Haqverdiyev Baş zabit Dəmirçi Gavə Şəmsəddin Sami Vidadi Vaqif Səməd Vurğun Nəsirov Xoşbəxtlər Sabit Rəhman Kərəmov Toy Sabit Rəhman Mehdi Qaçaq Nəbi Süleyman Rüstəm Əhmədi Biqəm Məhəbbət Mirzə İbrahimov Məşədi Hüseyn Həyat Mirzə İbrahimov Murad lələ Qız qalası Rza Şahvələd Sərvər Məşədi İbad Üzeyir Hacıbəyov Süleyman Arşın mal alan Üzeyir Hacıbəyov Mərcan bəy Ər və arvad Üzeyir Hacıbəyov Kərəm Əsli və Kərəm Üzeyir Hacıbəyov Məcnun Leyli və Məcnun Üzeyir Hacıbəyov
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan aktyorları