II Məhəmməd xan Ziyadoğlu-Qacar () — Gəncə xanı (1778–1780)

Həyatı 1778-ci ildə Gəncənin hakimi II Məhəmməd xan Şahverdi xan oğlu oldu.

Məhəmməd xan qəddarlığa qurşanıb qohum-qardaşlarını zəlil etdi.

Şirazdan qayıtmış əmisi Rzaqulu xanı dünya işığına həsrət qoydu. Kor olmuş Rzaqulu xan siyasi səhnədən çəkildi.

1780-ci ildə İbrahimxəlil xan Sarıcalı-Cavanşir Gəncəyə yürüş edib Məhəmməd xanı və oğlu Аğa bəyi əsir tutub Şuşaya gətirdi.

Gəncəni Qarabağ valisi Həzrətqulu bəy idarə etməyə başladı.

İbrahimxəlil xan Cavanşir 1789-ci ildə Məhəmməd xanı edam etdirdi.

Ailəsi Məhəmməd xan Surxay xan Qazıqumuxlunun bacısı Hürü bikə ilə ailə qurmuşdu.

Ağa bəy adlı oğlu, Bilqeyisbanu bəyim, Şərəfcahan bəyim adlı qızları vardı.

Mənbə

Həmçinin bax Gəncə xanlığı

Kateqoriya:1789-cu ildə vəfat edənlər Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:Şuşada vəfat edənlər Kateqoriya:Qarabağ və Gəncə Qacarları