Mekertiç Portağalyan (; ) — Osmanlı ermənisi olan müəllim və Armenakan partiyasının qurucusu. Partiya 1885-ci ildə Van şəhərində qurulmuşdur. İstanbul şəhərində yaşayan bir bankirin oğlu olan Portağalyan Tokat şəhərində müəllimlik etmiş, 1878-ci ildə Qərbi Anadoluya və Balkanlara səyahət etdikdən sonra Van şəhərində bir məktəb açmışdır. Məktəb üzvlər arasında baş verən qarşıdurma səbəbilə ilin sonunda bağlanmışdır. Portağalyan 1881-ci ildə başqa bir məktəb açmış, lakin 1885-ci ildə Osmanlı rəsmiləri tərəfindən bağlanılmışdır. Bundan sonra o, Fransanın Marsel şəhərinə sürgün edilmişdir. Portağalyan 1885-ci ildə Marseldə məskunlaşaraq ilk inqilab tərəfdarı olan "Ermənistan" qəzetinin nəşrinə başlamışdır.
İstinadlar
Xarici keçidlər Mekertiç Portağalyan — Armenakan partiyasının rəsmi saytında.
Kateqoriya:Erməni milliyətçiliyi Kateqoriya:Erməni siyasətçilər Kateqoriya:Erməni jurnalistlər Kateqoriya:Osmanlı siyasətçiləri Kateqoriya:Ermənistan milliyyətçiləri