Vansittart adası () — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). Coğrafiya Ada Foxs körfəzinin cənub-qərb hissəsində yerləşir, 1,6 km enində dar Hart boğazı adanı Melvil yarımadasının cənub-şərq sahilindən, Frozen Streyt isə cənubda yerləşən böyük Sauthempton adasından ayırır.

Adanın sahəsi 997 km²-dir. Sahil xəttinin uzunluğu 394 km-dir. Adanın uzunluğu 75 km, eni isə 26 km-dir. 1,4 km enində dar bir bərzəxlə bağlanan iki hissədən ibarətdir. Landşaft dəniz səviyyəsindən hündürlüyü 50 - 100 metr olan alçaq yayladır, onun üzərində bəzi yerlərdə 100 metrə qədər təpələr vardır. Adanın şərq tərəfi qərb hissəsindən daha yüksəkdir. İstinadlar

Kateqoriya:Kanada adaları Kateqoriya:Kanada Arktik arxipelaqı