İbrahimli Ozal Ramiz oğlu () — jurnalist. "Azad Azərbaycan" Teleradio Şirkətinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri.

Həyatı 1992-ci il yanvarın 13-ü Bakı şəhərində anadan olub. 2009-cu il Binəqədi rayonu 283 saylı tam orta məktəbi bitirib. 2013-cü ildə Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsini bitirib.

2011-ci ildə jurnalist kimi fəaliyyətə başlayıb. 2011-2015-ci illərdə Azxeber.com informasiya portalında müxbir və redaktor vəzifələrində çalışıb.

2012-2013-cü illərdə Xəzər TV-də yayımlanan “Avtostop” proqramında aparıcı-müxbir kimi fəaliyyətini davam etdirib.

2016-2021-ci illərdə “ARB Media Qrup”da redaktor, baş redaktor, mətbuat katibi və media şöbəsinin rəhbəri olub.

2021-ci ildən “Azad Azərbaycan” MTRK-da media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışır

Ailəlidir, 2 övladı var.

İstinadlar

Xarici keçidlər "Çox arzulayıram, övladım mənə gəlib desin ki... " - Ozal İbrahimli ilə MÜSAHİBƏ

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər