Zaur Qubad oğlu Tağızadə () — Azərbaycan futbolçusu. Mövqeyi yarımmüdafiəçi olub. Karyerası ərzində İslandiyanın Akranes, Estoniyanın Lelle, Flora Tallin və Azərbaycanın Kür-Nur Mingəçevir, Şəfa, MOİK, Neftçi klublarının və Azərbaycan milli futbol komandasının heyətində oynayıb. Millinin heyətində 40 oyuna çıxıb və 6 qol vurub.

Futbolçu karyerası Zaur Tağızadə karyerasına 1994–1995 mövsümündə Kür-Nur Mingəçevir klubunda başlayıb. Burada 10 oyuna 4 qol vurub. 1997-ci ildə Estoniyanın Lelle klubuna keçən Zaur burada cəmi 6 oyun keçirib və 2 qol vurub. 1998-ci ildə İslandiyanın Akranes komandasının şərəfini qoruyub, 3 oyunda meydana çıxıb, 1 qol vurub. 1998–1999 mövsümündə ölkəyə qayıdan futbolçu Şəfanın formasını geyinib və 16 oyunda meydana çıxaraq 4 qol qol vurub. Tağızadə 1999-cu ildə yenidən ölkə xaricinə üz tutub və bu dəfə Estoniyanın Flora Tallin klubu ilə anlaşıb. Flora Tallin klubunda Zaur 9 oyun oynayıb və 1 qol vurub, lakin 1999-cu ildə növbəti dəfə Azərbaycana qayıdaraq, bir il MOİK-in formasını geyinib, burada 10 oyuna 2 qol vurub. 2000–2004-cü illərdə Şəfada oynayıb və burada 100 oyun keçirərək 17 qol vurub.

Neftçi 2004-cü ildən Neftçidə çıxış edib. 26 iyul 2008-ci ildə UEFA İntertoto Kubokunda Vasluy ilə qarşılaşmadan sonra 217 gün meydana çıxmayıb. 1 mart 2009-cu ildə Qəbələ ilə oyunda bu seriyanı qırıb. Həmçinin Zaur Tağızadə 23 fevral 2008-ci ildə Gənclərbirliyi komandasına qol vurduqdan sonra 414 gün qol vura bilməyib, bu seriyanı 2009-cu ilin aprel ayında Xəzər-Lənkəranla oyunda qırıb. Neftçi klubunda 132 oyuna 31 qol vurub.

2010-cu ildə Neftçi futbol klubunun heyətindən kənarlaşdırılan Zaur Tağızadə karyerasını bitirmək qərarına gəlib. 2011-ci il mayın 19-da Bakıda keçirilən Neftçi- Xəzər Lənkəran qarşılaşmasından əvvəl Neftçi klubu Zaur Tağızadənin futbolla vidalaşmaq tədbiri təşkil edəcəkdi. Lakin Zaur Tağızadə ölkədə olmadığı üçün bu tədbir baş tutmadı.

Milli komanda karyerası Zaur ilk dəfə 1997-ci ildən Azərbaycan milli futbol komandasına dəvət alıb. Millidə debütünü 4 iyun 1997-ci ildə yoldaşlıq görüşündə Estoniya yığmasına qarşı keçirilən oyunda edib. İlk qolunu isə UEFA Avropa Kuboku 2000 seçmə mərhələsində 5 iyun 1999-cu ildə Lixtenşteynin qapısından keçirib. Yığma formasında 40 dəfə meydana çıxan sağ cinah oyunçusu 6 qola imza atıb. Futbolçu milli komandada 2811 dəqiqə meydanda olub, 8 sarı, 1 qırmızı vərəqə qalıb.Milli komanda-20: Bütün futbolçular 2009-cu ildə öz istəyi ilə milli komanda karyerasını başa vurub. # Tarix Yer Rəqib Hesab Nəticə Yarış 1 5 iyun 1999 Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan Lixtenşteyn 3-0 4–0 UEFA Avropa Kuboku 2000 seçmə mərhələ 2 18 avqust 1999 Dinamo Səmərqənd Stadionu, Səmərqənd, Özbəkistan Özbəkistan 3-1 5–1 Yoldaşlıq görüşü 3 4 sentyabr 1999 Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan Portuqaliya 1-0 1–1 UEFA Avropa Kuboku 2000 seçmə mərhələ 4 26 fevral 1999 Milli İdman Bazası İdman Sarayı, Varna, Bolqarıstan Belarus 1-0 1–0 Yoldaşlıq görüşü 5 6 iyun 2001 Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan Slovakiya 2-0 2–0 Futbol üzrə dünya çempionatı 2002 seçmə mərhələ 6 17 avqust 2005 Kemal Stafa stadionu, Tirana, Albaniya Albaniya 0-1 2–1 Yoldaşlıq görüşü

Məşqçi karyerası Futbol karyerasını başa catdırdıqdan sonra Zaur Neftçi Bakı klubundan məşqçi köməkçisi kimi çalışmaq təklifini aldı, lakin Zaur bu iş üçün gənc olduğunu, lakin bir neçə ildən sonra məşqçi ola biləcəyini deyib. 2010-cu ildə Neftçinin əvəzedici heyətinin məşqçisi təyin olunub. 2011-ci ildə Qurban Qurbanovun istəyi ilə "Qarabağ" klubuna keçib, Zaur Tağızadə burada seleksiyaçı məşqçi funksiyasını yerinə yetirir.

Uğurları Neftçi Bakı Azərbaycan Premyer Liqası: 2003–04, 2004–05 Azərbaycan Kuboku: 2000–01, 2003–04

Şəxsi 'Azərbaycanda ilin futbolçusu: (1) — 2001

İstinadlar

Xarici keçidlər Zaur Tağızadə national-football-teams.com saytında

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:MOİK Bakı FK futbolçuları Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Energetik Mingəçevir FK futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Şəfa FK futbolçuları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular