Eduard Albertoviç Azaryan (; ; ) — SSRİ gimnastı, Olimpiya çempionu (1980), dünya çempionatının mükafatçısı (1978), dördqat SSRİ çempionu. SSRİ əməkdar idman ustası (1980). MOİK-də çıxış etmişdir.
Həyatı Eduard Azaryan kiçik yaşlarından atası, üçqat olimpiya çempionu Albert Azaryanın rəhbərliyi altında gimnastika ilə məşğul olmağa başlamışdır. 1978-ci ildə Eduard Azaryan çoxnövçülükdə SSRİ çempionu olmuş və SSRİ yığmasının üzvü olmuşdur. Elə həmin il fərdi çoxnövçülük üzrə Dünya Kubokunun bürünc mükafatçısı və komanda çempionatında dünya çempionatının gümüş mükafatçısı olmuşdur. 1980-ci ildə Moskvada keçirilən Olimpiya Oyunlarında Eduard Azaryan SSRİ yığma komandasının tərkibində komanda birinciliyində Olimpiya çempionu adını qazanmışdır.
1992-ci ildən ABŞ-də yaşayır. Aliso Viexoda (Kaliforniya) yaratdığı gimnastika mərkəzində məşqçiliklə məşğuldur.
İstinadlar
Xarici keçidlər Эдуард Азарян на сайте Федерации спортивной гимнастики России Отец и сын Азаряны на сайте гимнастического центре в Алисо Виехо
Kateqoriya:SSRİ gimnastları Kateqoriya:Olimpiya qızıl medalına sahib SSRİ idmançıları Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:1980 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Olimpiya medallı gimnastlar Kateqoriya:1980 Yay Olimpiya Oyunlarında gimnastlar