Zirvə — dağ, dağ silsiləsi və ya dağ massivinin ən yüksək hissəsi. Tektonik quruluşundan, onu təşkil edən süxurların litoloji tərkibindən, denudasiya proseslərinin xüsusiyyətlərindən və s. asılı olaraq zirvələr pik, platoyabənzər və s. formada ola bilər. Dünyada ən yüksək zirvə Himalay dağlarında Comolunqma (Everest, 8848 m), Azərbaycan Respublikasında isə Bazardüzüdür (4466 m).
thumb|Dünyanın ən yüksək nöqtəsi — Comolunqma(Saqarmatxa, Everest).
thumb|Bazardüzü.
Geomorfoloji termin Dağın, silsilənin, tirənin, təpənin ən yüksək hissəsi. Zirvə forması onu təşkil edən çöküntülərin litoloji tərkibindən, tektonik quruluşundan, denudasiya proseslərindən və s. asılı olaraq, yastı, günbəzvari, pik formalarında olur.
Dünyanın müxtəlif hissələrinin ən hündür zirvələri + Hündür zirvələr Dağlar Hündürlük, metr. Everest (Asiya) 8848 Akonkaqua (Cənubi Amerika) 6960 Mak-Kinli (Şimali Amerika) 6194 Klimancaro (Afrika) 5894 Elbrus (Avropa) 5642 Vinson (Antarktida) 4892 Vilhelm (Avstraliya və Okeaniya) 5030 + Dünyanın ən hündür zirvələri metr Everest (Himalay) 8848 Çoqori (Karakorum) 8611 Kançençanqa (Himalay) 8598 Lxosze (Himalay) 8485 Makalu (Himalay) 8481 Ço-Oyyu (Himalay) 8188 Dxanlaqiri (Himalay) 8172 Manaslu (Himalay) 8163 Naqaparbat (Himalay) 8091 Annapurna (Himalay) 8078
Həmçinin bax Lava brekçiyaları Çalalı relyef Geoloji proseslər
Mənbə Новая энциклопедия школьника. Москва, "Махаон", 2016, 383 с.
İstinadlar
Kateqoriya:Geomorfoloji terminlər Kateqoriya:Dağ zirvələri Kateqoriya:Topoqrafiya Kateqoriya:Oronimlər Kateqoriya:Kartoqrafiya