right|thumb|260px|Tikə kabab

Tikə kabab, şişlik və ya şiş kabab — müxtəlif adlar altında tanınan Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa yeməyi. Kababın növlərindən biri.

Etimologiya

Şiş sözü türk mənşəlidir. Bu söz öncə Krım-tatar dilindən Zaporojye kazakları tərəfindən alınmışdı. Ordan bu söz rus dilinə шашлык formasında, rus dilindən isə ingilis və başqa Avropa dillərinə shashlik və ya shashlick formasında keçmiş.

Tikə sözünün də türk mənşəyi var. Onun prototürk dilindəki forması tikkü kimi yazılır və hissə və ya parça mənasını daşıyır. Cığatay dilində o, tikka formasında mövcud idi. Cığatay dilindən həmin söz Muğal sülaləsi dövründə "bişirilmiş sümüksüz ət parçaları" mənasında Hindistana gəlib.

Tərkibi

Tikə kababın hazırlanmasında qoyun ətindən, baş soğandan, göy soğandan, cəfəri və reyhan kimi göyərtilərdən, duz, sumaq, istiot kimi ədviyyatlardan istifadə olunur.

Azərbaycan mətbəxinə aid olan qarssayağı tikə kabab qoyunun ətindən və böyrəyindən hazırlanır.1001dad

Hazırlanma qaydası Qoyun ətinin bud və ya bel hissəsindən 35-40 qramlıq tikələr kəsib duz və istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır. Bəzən kababın əvvəlində yazılmış qayda üzrə basdırma hazırlanır. Kabab hazır olan kimi masaya verilməlidir. Tikə kababın yanında halqavari doğranmış soğan və ya narşərab, (yay vaxtı şişdə qızardılmış pomidor) istiot və duz verilir.Tikə kabab

Qalereya

Həmçinin bax Azərbaycan mətbəxi Kabab Təndir

İstinadlar

Kateqoriya:Azərbaycan kababları Kateqoriya:Ət kababları Kateqoriya:Kürd mətbəxi Kateqoriya:Şişə keçirilən kabablar Kateqoriya:Qidalar Kateqoriya:Misir mətbəxi Kateqoriya:Türk mətbəxindəki kabablar Kateqoriya:Fələstin mətbəxi Kateqoriya:İordaniya mətbəxi Kateqoriya:İsrail mətbəxi Kateqoriya:Livan mətbəxi