Sən tək deyilsən (hind: कोई मिल गया, Rom: Koi… Mil Gaya) — rejissor Rakesh Roşan tərəfindən hind dilində çəkilmiş və 8 avqust 2003-cü ildə ekranlara çıxan hind fantastik komediya filmi. Baş rollarda Hrithik Roshan, Preity Zinta və Rekha oynamışdır. Film inkişafdan geri qalmış və yadplanetli dostunun köməyi ilə qeyri-adi qabiliyyətlər qazanmış gəncdən bəhs edir. Sonrakı illərdə iki davam filmi çəkilmişdir: "Krrish" (2006) və "Krrish 3" (2013)
Süjet xətti Alim Sancay Mehra — Yer planetindən kənarda, kosmosun uzaq fəzalarında həyatın olduğuna əmindir. Belə həyat izini taparaq, yadplanetlilərlə təmas qurmağı arzulayır. O kosmosa səs siqnalları göndərə bilən kompüter proqramı yaradır. Günlərin bir günü onun arzusu reallaşır. Onun siqnalına cavab olaraq yadplanetlilər kosmik gəmi göndərir. Ancaq alim bunun sevincini yaşamağa vaxt tapmamış, həyat yoldaşı Sona ilə birlikdə ağır avtomobil qəzasına düşür və həlak olur. Hadisənin üzərindən xeyli müddət keçir. Bir gün oğlu Rahit dostu Nişa ilə birlikdə atasının kompüterini tapır və əyləncə məqsədilə onu sınaqdan keçirmək fikrinə düşür. O bu əyləncənin başına hansı oyunların gətirəcəyini təsəvvürünə belə gətirmir…
İstinadlar Kateqoriya:Yadplanetlilər haqqında filmlər Kateqoriya:Dostluq haqqında filmlər Kateqoriya:Hindcə filmlər Kateqoriya:Digər dillərdə yenidən çəkilmiş hind filmləri Kateqoriya:Ana-oğul münasibətləri haqqında filmlər Kateqoriya:Hindistanın komediya filmləri Kateqoriya:2003-cü ilin filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Romantik filmlər Kateqoriya:Dramlar Kateqoriya:Yadplanetlilərin ziyarəti haqqında filmlər Kateqoriya:Musiqili filmlər Kateqoriya:Vankuverdə çəkilən filmlər Kateqoriya:Dram filmləri