Hace Musa Topbaş () — Müasir Türk-İslam mədəniyyətinin ən görkəmli simalarından biri, alim. O, bütün İslam coğrafiyasında daha çox "Sahibü'l-Vefa" adı ilə tanınmışdır.
Həyatı Hace Musa Topbaş Osmanlı imperatorluğunun son dönəmlərində dünyaya gəlmişdir. Atası Ahmed Hamdi Topbaş böyük İslam alimlərindən biri idi və Musa Topbaşı gənc yaşlarında ticarət sahəsinə yönləndirərək, İstanbulun Erenköy hissəsinə yerləşdirir. Musa Topbaş həzrətləri Erenköyde, məsnəvixan Tahiru'l Məvləvi, Elmalılı Məhəmməd Həmdi Yazır və digər çoxsaylı alimlərin müşayiətində zahiri təhsilini başa vurmuşdur. Xəttatlıq elmini məşhur türk xəttatı Hamit Aytaç, mənəvi tədrisini isə Mahmud Sami Ramazanoğlunun öndərliyi altında tamamlayır.
Əsərləri Sahibü'l-Vefa həzrətlərinə məxsus, ən böyük əsərlərinin siyahısı aşağıda göstərilmişdir:
"İslam kahramanları" "Altınoluk sohbetleri" "Sultanu'l-arifin eş-Şeyh Mahmud Sami Ramazanoğlu" "Allah dostunun dünyasından" "Ahiret hazırlığı"
İstinadlar
Mənbə Abdullah Sert - "Sâhibü'l-Vefâ", səhifə 13-16 Kateqoriya:XX əsr Türkiyə yazıçıları