Əşrəf Məmməd oğlu Abbasov və ya təxəllüsü ilə Mollalar Əşrəf () — Azərbaycan şairi, mühəndis-mexaniki, maşınqayırma sənayesi alimi.
Azərbaycan mətbuatında və Sibirdə şeirləri çap olunub. 2,000-dən çox şeirin müəllifidir.Gərəkli peşə sahibləri, səh. 4 Baş elmi işçi, texnika elmləri namizədi olub. 50-dən artıq elmi məqalənin, 4 patent və 5 müəlliflik şəhadətnaməsinin müəllifidir."Neftçi" ədəbi məclisi. Almanax. səh. 48"Gələcək Gün". Müstəqil, ictimai-siyasi qəzet, № 7 (84), 2000-06-02. səh. 7
Mütəmadi olaraq Azərbaycan Radiosunun qonağı olub, bir sıra şeirləri ilə yanaşı "Mən, atam və müharibə" adlı poeması efirdə səsləndirilib.
Şeirləri, müsahibələri "Vışka", "Gələcək Gün", "Ədəbiyyat", "Azərbaycan işıqları", "Azərbaycan müəllimi" qəzetlərində, "Vəfa", "Azərbaycan təbiəti" jurnallarında, ədəbiyyat, o cümlədən müxtəlif mədəniyyət və ədəbiyyat portallarında dərc olunub. "Neftçi" Ədəbi Məclisinin fəal üzvü olub.
2001-ci ilin yekunlarına görə "Vışka" qəzeti onu Azərbaycanda "İlin şairi" hesab edib.Gərəkli peşə sahibləri, səh. 7
"Əmək veteranı" medalı laureatıdır.
Həyatı
Abbasov Əşrəf Məmməd (Məhəmməd) oğlu 1936-cı il noyabr ayının 29-da Kürdəmir rayonunun Karrar kəndində anadan olub.
1951-ci ildə Karrar kənd 7 illik məktəbini, 1954-cü ildə isə Kürdəmir şəhər orta məktəbini bitirib.Gərəkli peşə sahibləri, səh. 3 1959-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNSU) Neft-mexanika fakütləsində ali təhsilini bitirib, "Neft və Qaz Mədənlərinin Maşın və Avadanlığı" sahəsində mühəndis-mexanik ixtisası alıb.
2 il Bünyad Sərdarov adına Maşınqayırma zavodunda işlədikdən sonra 1961-ci ilin avqust ayında Azərbaycan Elmi Tədqiqat və Layihə Konstruktor Neft Maşınqayırma İnstitutuna (AZİNMAŞ) gəlib"Çörəkli Kürdəmir, şerli Şirvan", səh. 71 və 2005-ci ildə vəfat edənə qədər, 44 il burada işləyib.
İctimai işlərdə əvəzsiz xidmətlərinə, fədakar əməyinə və sosialist öhdəliklərini yerinə yetirdiyinə görə 1987-ci ildə AZİNMAŞ tərəfindən fəxri fərmanla təltif olunub.
80-ci illərin əvvəllərindən başlayaraq 94-cü ilə qədər ildə 2 dəfə 2-3 aylıq məzuniyyətlə Sibirdə, əsasən Surqut, Nijnevartovsk, Novıy Urenqoy, Yanburq və b. yerlərdə neft-mədən avadanlıqlarının təmiri, tənzimlənməsi işlərinə rəhbərlik edib.
1 oktyabr 2005-ci ildə Bakıda vəfat edib."Vışka" qəzeti. № 39 (19579), 2005-10-7. səh. 16, "Ə.M.Abbasov" Vəfatı ilə bağlı Vahid Hacıyev "Bir şair yaşardı..." şeirini yazıb.Vahid Hacıyev. Bir şair-alim də köçdü dünyadan. "Vışka" qəzeti. № 44 (19584), 2005-11-11. səh. 16, "Neftçi" ədəbi məclisi
Atası Böyük Vətən müharibəsində iştirak edib və əlil olub. Ailəli idi, 1 oğlu və 1 qızı var. Hər ikisi ali təhsilli mütəxəssisdir. Qızı Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki ATU), oğlu isə Moskva Dövlət Universitetini bitirib.
Yaradıcılığı
1954-59-cu illərdə ali təhsil aldığı müddətdə ictimai işlərdə fəaliyyət göstərib, şeirlər yazıb. İlk poetik nümunələri divar qəzetində dərc olunub.Coşqun İbrahimli, 2001
"Mollalar" təxəllüsü ilə şeirlər yazıb. Təxəllüsü barədə özü belə deyib: "Kürdəmir rayonunun Karrar ilə Mollalar kəndlərini Qədirqulu arxı ayırır. Günçıxan tərəf Mollalar, günbatan tərəf Karrar adlanırdı. Sonralar bu iki kəndi birləşdirib adını Karrar qoydular. İndi Mollalar adı yalnız babalarımın ruhunda və bir də mənim təxəllüsümdə yaşayır."
Şeirlərində vətənə, el-obaya, valideynlərə məhəbbət hissləri, saf məhəbbətin, əxlaqi keyfiyyətlərin tərənnümü xüsusi yer tutur.
Uzun illər Qərbi Sibirin neft-qaz yataqlarında elmi ezamiyyətdə olan alim birgə fəaliyyət göstərdiyi sibirli həmkarları ilə neftçi dostlarına, Sibirin sərt iqlimində fədakarlıq göstərən əmək adamlarının hünərinə şeirlər həsr edərək Rusiya mətbuatında dərc etdirib. Sibirlilər onun "Gəncliyimi gəzirəm" şeirini rus dilinə tərcümə edərək Surqutda çıxan "Neft Priobya" qəzetində dərc etdiriblər.
"Vışka" qəzeti nəzdində fəaliyyət göstərən "Neftçi" Ədəbi Məclisinin fəal üzvlərindən biri olub.
Şeirin müxtəlif janrlarında yazılmış 2500-dən çox poetik nümunələrin müəllifidir. "Vışka" qəzeti ilə yanaşı, "Ədəbiyyat", "Azərbaycan müəllimi", "Gələcək gün", "Ocaq" qəzetləri başda olmaqla şairin 200-dən çox şeiri dərc edilib. Mütəmadi olaraq Azərbaycan Radiosunun birinci proqramının qonağı olub, "Mən, atam və müharibə" adlı poeması efirdə səsləndirilib.
Şeirlərini "Zərifnamə" adlı kitab şəklində çap etdirmək ən böyük arzusu olub.
Şuşaya və Şuşanın rəsmi simvolu olan xarıbülbülə həsr etdiyi "Xarı bülbül – xarı gül" şeiri vəfatından sonra, 2016-cı ildə Bakıda nəşr edilmiş Məhəbbət çiçəyi kitabınaMəhəbbət çiçəyi / toplayanı, nəşrə haz., ön söz. müəl. V. Quliyev; red. V. Fətəliyeva. ‒ Bakı: Şuşa, 2016. ‒ 143 səh. daxil edilib.Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı: biblioqrafiya / Tərt. ed. X.Abbasova; elmi red. K.M.Tahirov; red. E.R.Nəciyev. ‒ Bakı, 2021. ‒ səh. 151
Seçilmiş şeirləri
Çap olunmuş şeirləri:
Elmi fəaliyyəti
AZİNMAŞ-dakı fəaliyyəti zamanı qazın sorulub nəql edilməsi üçün KVQ və EK tipli kompressorların layihələndirilməsində və istehsalında onların işə buraxılmasında və istismarında iştirak edib və nəhayət kompressorların konstruksiyasını təkmilləşdirib. Kompressor üsulu ilə işləyən quyulara hava və qaz vuran kompressorların sürtkü yağı sərf etmədən işləməsi üçün SSRİ-də birinci dəfə müvafiq kipləndirici materiallar seçib və onların demək olar ki, bütün neft-mədən kompressorlarında tətbiq olunmasına nail olub. 1975-ci ildə bu materialların tədqiqi üzrə dissertasiya müdafiə edərək texnika elmləri namizədi dərəcəsi alan alim 1969–1979-cu illər ərzində üzən və yarımdalma qazma qurğularının kiçik və yüksək təzyiqli kompressor stansiyalarının layihələndirilməsində, hazırlanmasında və tətbiq edilməsində bilavasitə iştirak edib. Maşınqayırma sənayesi alimi bu elmi-tədqiqat müəssisəsində baş elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildə Ali Attestasiya Komissiyası ona böyük elmi işçi adı verib.Səadət Ələsgərova, 2000
Yeni tədqiqat işlərinin nəticələrini vaxtaşırı respublikanın elmi jurnallarında nəşr etdirən alim 50-dən çox elmi əsərin, 5 müəlliflik şəhadətnaməsinin, 4 patentin müəllifidir.
1978–1986-cı illərdə pedaqoji fəaliyyətlə də məşğul olub, Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) Ümumi texniki fənlər fakültəsində "Maşın hissələri" fənnini tədris edib.
Dissertasiyası
Исследование работоспособности графитофторопластовых материалов АФГМ и Ф4-Г10 применительно к условиям работы компрессоров без смазки в нефтедобывающей промышленности Текст : Автореферат дис. на соискание ученой степени кандидата технических наук. (05.04.07) / Куйбышев. политехн. ин-т им. В. В. Куйбышева. - Куйбышев : [б. и.], 1974. - 21 с. : ил.
Patentləri
Экспериментальный поршневой компрессор Станок-качалка Устройство для разогрева нефтепродуктов Групповой привод штанговых скважинных насосов
Seçilmiş elmi məqalələri
Аббасов А.М., Мустафаев А.Д. Нефтепромысловые компрессоры без смазки с приминением пластмассовых уплотняющих элементов. Тезисы докладов республиканской научно-технической конференции молодых специалистов машиностроителей. "Техника бурения и эксплуатации нефтяных и базовых скважин, Баку 1970. Аббасов А.М., Мустафаев А.Д. Результаты работ в области пластмассовых уплотняющих элементов в нефтепромысловых компрессорах. Тезисы докладов школы -семинара. Современная конструкция поршневых компрессовых без смазки цилиндров и сальников и опыт их внедрения в промышленность». Цинтихимнефтемаш , М., 1971 Аббасов А.М. Пластмассовые уплотнители в нефтепромысловых компрессорах. Азерб.нефтяное хозяйство, 1971, № 2. Аббасов А.М. Определение утечек через поршневые кольца, изготовленные из различных материалов, в нефтепромысловых компрессорах. За технический прогресс, 1971, № 4. Аббасов А.М. Исследование уплотнения в компрессорах без смазки. "Азерб.нефтяное хозяйство", 1971, № 8. Аббасов А.М., Агаев Б.А. Применение пластмассовых уплотняющих элементоа в нефтепромысловых компрессорах высокого давления. Машины и нефтяное оборудование, 1972, № 5. Мустафаев А.Д., Аббасов А.М., Зейналова М.К. Исследование возможности изготовления поршневых колец нефтепромысловых компрессоров из фторопласта. «Изв. вузов» - «Нефть и газ», 1972, №10 Аббасов А.М. Технология изготовления пластмассовых поршневых колец для нефтепромысловых компрессоров. «За технический прогресс», 1974, №11 Мустафаев А.Д., Керимов Д.А., Аббасов А.М. Исследование из носостойкости поршневых колец нефтепромысловых компрессоров из полимерных материалов. «Изв. вузов» - «Нефть и газ», 1974, №10 Мустафаев А.Д., Керимов Д.А., Аббасов А.М. Исследование коэфицента трения поршневых и сальниковых колец из полимерных материалов в нефтепромысловых компрессорах. «Азерб. нефтяное хозяство», 1974, №12
Mənbə
İstinadlar
Ədəbiyyat "Çörəkli Kürdəmir, şerli Şirvan". Almanax. Bakı, "Cik-Cik" uşaq qəzetinə əlavə, 1995. 112 səh. Toplayanı: Xəlil İbrahimli Coşqun İbrahimli. Yaşa, Yarat! "Vışka" qəzeti. 2001-12-07. səh. 7 "Neftçi" ədəbi məclisi. Almanax. Bakı, "Şirvannəşr", 2005. 120 səh. (8 səh. foto-dəftər). Kitabın tərtibçisi və redaktoru: Zaməddin Ziyadoğlu Səadət Ələsgərova. Təxəllüsümdə babalarımın ruhunu yaşadıram. "Vışka" qəzeti. 2000-04-21. səh. 10. Coşqun İbrahimli. Gərəkli peşə sahibləri. Bakı, "Şirvannəşr", 2003. F. Abdullayev. Mollalar Əşrəf: yaxud qəribə taleli, maraqlı adamla söhbət. 10 dekabr 1994. "Azərbaycan işıqları" qəzeti. № 51 (147) 1994-12-16. səh. 4
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycan mühəndisləri Kateqoriya:Azərbaycan dilində yazan şairlər