What's Wrong with Secretary Kim() — 2018-ci ildə yayımlanmış Pak So Cun və Pak Min-yonun baş rollarda oynadığı Cənubi Koreya televiziya serialıdır. O, Cung Kyon-yunun ilk dəfə 2013-cü ildə nəşr olunmuş, daha sonra 2015-ci ildə KakaoPage tərəfindən Webtoon komiksinə seriallaşdırılan eyni adlı romanına əsaslanır. Serial 2018-ci il iyunun 6-dan iyulun 26-dək tvN-də çərşənbə və cümə axşamı günləri 16 seriya ilə yayımlanıb.
Süjet Li Yon-cun (Pak So Cun) böyük bir korporasiyanın sədr müavinidir. Bir gün onun yüksək bacarıqlı katibi Kim Mi-so (Pak Min-yon) doqquz il Li Yon-cuna işlədikdən sonra tutduğu vəzifədən istefa verəcəyini bildirdikdə onun dünyası sarsılır. Li Yon-cun daha sonra Mi-sonun yanında qaldığından əmin olmaq üçün şirkətində idarə heyətinin direktoru olan ən yaxşı dostu ilə danışdıqdan sonra əlindən gələni etmək qərarına gəldi. Li Yon-cun bir çox şeyi planlaşdırır, Kim Mi-so isə gənc uşaq olarkən yaşadığı keçmiş travmatik təcrübədə ona kömək edən adamı tapmaq qərarına gəlir. Mükafatlar İl Mükafatlar Kataqoriya Alıcı Nəticə 201811th Korea Drama AwardsÜstün Mükəmməllik Mükafatı, AktyorPak So CunÜstün Mükəmməllik Mükafatı, AktyorHvan Çan-sunHallyu Star AwardPopulyar Xarakter Mükafatı – QadınPyo Ye-cinƏn yaxşı orijinal soundtrack"Because I Only See You" (Kim Na-yon)6th APAN Star AwardsƏn Yaxşı Mükəmməllik Mükafatı, Mini Serialda AktyorPak So CunMükəmməllik Mükafatı, Mini Serialda AktrisaPak Min-yonK-Star Mükafatı, AktyorPak So CunK-Star Mükafatı, AktrisaPak Min-yon201914th Annual Soompi Awardsİlin ən yaxşı aktrisasıPak Min-yonİlin ən yaxşı aktyoruPak So CunƏn yaxşı cütlükPak So Cun və Pak Min-yon
İstinadlar
Kateqoriya:Dram teleserialları Kateqoriya:Komediya teleserialları Kateqoriya:Romanlara əsaslanan filmlər