Şahismayıl Məmmədov (; ) — Gürcüstan Respublikasının əməkdar jurnalisti, "Şərəf" və "Şöhrət" ordeninə layiq görülmüş azərbaycan əsilli jurnalisti.
Həyatı və təhsili Məmmədov Şahismayıl Şəmmədoğlu, 1962-ci il 10 apreldə Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində anadan olmuşdur. 1969–1979-cu illərdə Kosalı kənd orta məktəbində təhsil almış və məktəbi fərqlənmə ilə bitirmişdir. 1980-ci ildə SSRİ-nin 50 İlliyi adına Azərbaycan Pedaqoloji Xarici Dillər Universitenin fransız dili fakültəsində təhsil almışdır. 1985-ci ildə həmin fakültəni fərqlənmə ilə bitirmişdir. 1982-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistka fakültəsində qiyabi təhsil almışdır və 1986-cı ildə həmin fakültəni fərqlənmə ilə bitirmişdir.
3 övladı və 3 nəvəsi var.
Fəaliyyəti
Əmək fəaliyyəti 1986-cı ildən 1989-cu ilə qədər Kosalı rayonu orta məktəbində fransız dili müəllimi kimi fəaliyyət göstərmişdir. 1989-cu ildən 1992-ci ilə qədər o zaman SSRİ Nazirlər Sovetinin mərkəzi komitənin və Ali Sovetin orqanı olan "Sovet Gürcüstanı" qəzetində xüsusi muxbir vəzifəsində və Xəbərlər Departamentinin rəhbəri kimi fəaliyyət göstərmişdir. 1992-ci ildə "Azərtac"-ın Gürcüstan müxbiri təyin olunmuşdur. 1994-cü ildə isə AZTV-nin Gürcüstan müxbiri təyin olunmuşdur. 1992-ci ildən 2005-ci ilə qədər həm AZTV-nin həm də "Azərtac"-ın müxbiri vəzifəsində çalışıb. 1994-cü ildən bugünədək Azərbaycan Dövlət Televiziyasının Gürcüstan üzrə xüsusi müxbiri vəzifəsində işimi davam etdirir.
Üzvü olduğu qurumlar Azərbaycan Jurnalistlər Birliyi
Gürcüstan Jurnalistlər Birliyi
Film və kitabları "Heydər Əliyev və Gürcüstan" kitabı 2008-ci ildə gürcü və Azərbaycan dillərində nəşr olunmuşdur. Ssenariləri əsasında 2010-cu ildə "Heydər Əliyev və Gürcüstan", Prezident İlham Əliyevin 50 illik yubileyi münasibətilə isə "İlham Əliyev və Gürcüstan" sənədli filmləri hazırlanmışdır.Gürcüstan telekanallarında “İlham Əliyev və Gürcüstan” sənədli filmi nümayiş etdirilmişdir Bundan başqa, o, "Dənizdən-dənizə", "Dostluğun etalonu", "Dostluq yolu", "İrsiyyət Fondu", "Sabitliyin təminatı", "Bu gündən gələcəyə" adlı filmlərin müəllifidir.Azərbaycanlı jurnalist ikinci dəfə Gürcüstanın "Şərəf" ordeninə layiq görülmüşdür
Mükafatları Gürcüstan prezidenti Eduard Şevardnadzenin sərəncamı ilə 2001-ci il 15 fevralda "Şərəf" ordeninə layiq görülmüşdür. Mixeil Saakaşvilinin sərəncamı ilə Gürcüstanın "Şərəf"Azərbaycanlı jurnalist ikinci dəfə Gürcüstanın "Şərəf" ordeninə layiq görülmüşdür və "Şöhrət"ordeninə layiq görülmüdür. Gürcüstanın prezidenti Georgi Marqvelaşvili sərəncamı ilə əməkdar jurnalist adına layiq görülüb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür. 1992-ci ildən 2023-cü ilə qədər ilin sonunda Gürcüstanda fəaliyyət göstərən xarici jurnalistlər arasında 11 dəfə ilin ən yaxşı jurnalisti adına layiq görülüb.
İstinadlar
Kateqoriya:Gürcüstan Respublikasının əməkdar jurnalistləri Kateqoriya:Gürcüstan jurnalistləri Kateqoriya:SSRİ jurnalistləri