Bala Göyüşlü — Azərbaycan Respublikasının Bərdə rayonunun Böyük Göyüşlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Bərdə rayonunun Kolayır kənd Sovetindən Bala Göyüşlü kəndi Böyük Göyüşlü kənd Sovetinin tərkibinə verilmişdir.

Tarixi 1933-cü ildə Bala Göyüş və Bala Göüc variantlarında da qeydə alınmışdır. Oykonim "kiçik Göyüşlü kəndi" deməkdir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Bərdə rayonunun kəndləri