Muğan dairəsi və ya Muğan mahalıTarixi Muğan mahalının yerini 1921-ci ildə Petropavlovka dairəsi aldı. Salyan qəzası VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə Azərbaycan SSR-də qəzalar ləğv ediləndən sonra eyni inzibati ərazi çərçivəsində 1929-1930-cu illərdə Muğan mahalı adlanmışdır. — Azərbaycan Sovet Sosialist Respublikasında 1929–1930-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi. İnzibati mərkəzi Salyan olmuşdur. Bu səbəbdən Salyan dairəsi (Salyan mahalı) kimi də adlandırılmışdır.
Tarixi Muğan dairəsi VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə Azərbaycan SSR-də qəzaların ləğv edilməsi nəticəsində yaradılmışdır. Salyan qəzasını əvəz etmişdir.
SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin "Dairələrin ləğv edilməsi haqqında" 23 iyul 1930-cu il tarixli qərarına uyğun olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Soveti 8 avqust 1930-cu ildə Azərbaycan SSR ərazisində dairələrin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Bununla Muğan dairəsi də daxil olmaqla ölkə ərazisindəki bütün dairələr ləğv olunmuş, onların ərazisində ümumilikdə 63 rayon təşkil edilmişdir.
Həmçinin bax Cavad qəzası Muğan mahalı
Qeyd
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan SSR dairələri Kateqoriya:1929-cu ildə Azərbaycanda yarananlar Kateqoriya:1930-cu ildə ləğv olunanlar