Epanaqoqa () — IX əsrin sonlarına (879-cu ildən sonra) aid Bizans qanunları külliyyatı.

İmperator I Vasilinin, onun oğulları Lev və Aleksandrın adından tərtib olunmuşdu. Epanaqoqanın kompilyativ səciyyəli böyük hissəsi Roma və Şərq hüququna əsaslanan Proxiron və Ekloqanın bir çox normalarını ehtiva edirdi. Dövlətlə kilsə münasibətlərini müəyyənləşdirən yeni müddəalar sonralar kilsə hüququnda geniş istifadə olundu.

İstinadlar

Kateqoriya:Bizans hüququ Kateqoriya:880-ci illərdə Bizans imperiyası Kateqoriya:886 Kateqoriya:IX əsrdə hüquq