Səda Fəttahoğlu () — Türk aktrisası.

Həyatı Fettahoğlu 26 sentyabr 1979-cu ildə Trabzonda doğulub. O, Trabzon Anadolu Liseyində və Bilkent Universiteti Səhnə Sənətləri Bölümündə təhsil almışdır. 1999-cu ildə başladığı aktyorluq karyerasını 2023-cü ildə vəfat edənə qədər davam etdirib. İngilis dilini mükəmməl bildiyi üçün xarici kino və televiziya filmlərində dublyaj işləri görüb. 2003–2004-cü illərdə "Elmavision" kanalında Can Gürzapla birlikdə "İyi Seyirlər" adlı teatr proqramını aparıb. Aktyorluq karyerasında əsasən serial və reklamlarda çəkilib. O, daha çox zamanının fenomeninə çevrilən "ATV" və "Kanal D"də yayımlanan "Çocuklar Duymasın" serialında Sultan obrazı ilə yadda qalıb. Eyni vaxtda o "Muhteşem Yüzyıl", "Sihirli Annem", "Dolunay", "Sular Durulmuyor" kimi seriallarda ekranlara çıxıb.

Ölümü Fettahoğlu 27 sentyabr 2023-cü ildə İstanbulun Beyoğlu rayonunda parkda depressiyaya düşdüyü üçün 44 yaşında özünü tapança ilə vuraraq intihar etdi. Onun cənazəsi Giresunun Tirebolu rayonundakı Domaçlı qəbiristanlığında dəfn edilib.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:XXI əsr Türkiyə aktrisaları Kateqoriya:Türkiyə film aktrisaları