Zarat Xeybəri — Azərbaycan Respublikasının Şamaxı rayonunun Dəmirçi kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Pirsaat çayının sahilində, dağətəyi ərazidədir. Əhalisi 233 nəfərdir (2009), 40 təsərrüfatı var. Keçən əsrin əvvəllərində Şamaxı qəzasında Zarat sözü ilə bağlı Zarat Bahadərəsi, Birinci Zarat (Zarat Xeybəri), İkinci Zarat adlı üç kənd qeydə alınmışdır. Xeybəri komponenti Zarat adlı bu kəndləri bir–birindən fərqləndirmək üçün artırılmışdır. 1933-cü ildə kəndin adı Zarat Xeybərli kimi qeyd edilmişdir. Xeybəri mənşəcə ərəb tayfalarından birinin adıdır. Tarixi mənbələrin məlumatına görə, Xəlifə Ömər dövründə (634–644) xeybərlər öz doğma yerlərindən qovulmuşdular. Görünür, Azərbaycanda məskunlaşmış ərəblərin tərkibində xeybərlər də olmuşdur. Xeybər Ərəbistanda Mədinə ilə Dəməşq arasındakı vadinin adıdır. İranda Xeybər adlı kənd, Əfqanıstanda isə aşırım var.“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 292

85 saylı Şamaxı seçki dairəsinin 51 saylı məntəqəsi Zaratxeybər kənd əsas məktəbinin binasında yerləşir. Bu kənd Şamaxı rayonunda olan azsaylı tat kəndlərindən biridir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 255 nəfər əhali yaşayır. Kənd əhalisi tatlardan ibarətdir.

Kəndin çoxlu infrastruktur problemləri olması səbəbindən son illərdə əhalinin böyük hissəsi Zarat Xeybərini tərk edib. Nəticədə kənddəki yeganə orta məktəb də 2024-cü ildə fəaliyyətini dayandırıb. SSRİ dövründə bu kəndin məktəbində 100-ə yaxın şagird təhsil alırdı. Kənddə internet yoxdur, elektrik xəttləri də sıradan çıxıb. Kəndə 2024-cü ildə qaz xətti çəkilsə də, təbii qaz verilmədiyi üçün qalan əhali istilik üçün odundan istifadə etməli olub. 2025-ci il üçün kənddə 50 təsərrüfat üzrə 220 nəfər qeydiyyatda olsa da, burada faktiki yaşayanlarn sayı 100 nəfərdən azdır.

Həmçinin bax Buta (film, 2011)

İstinadlar

Kateqoriya:Şamaxı rayonunun kəndləri