Yaqub Bala oğlu Qədimov (20 aprel 1917, Bakı — 1983, Bakı) ― texnika üzrə elmlər doktoru (1962), professor (1962), AMEA-nın müxbir üzvü(1968). Həyatı Yaqub Qədimov 20 aprel 1917-ci ildə Bakı şəhərində anadan olub. 1941-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib.

Əmək fəaliyyəti Yaqub Qədimov 1941-1942-ci illərdə "Azneft"də mühəndis, 1942-1943-cü illərdə sovet ordu sıralarında zabit, 1943-1945-ci illərdə "Azneft"də mühəndis kimi fəaliyyət göstərib. O, 1945-1964-cü illərdə AMEA Energetika İnstitutunda aspirant, elmi işçi, laboratoriya müdiri olub. 1964-cü ildən isə Azərbaycan Texniki Universitetində kafedra müdiri vəzifəsində çalışıb.

Elmi fəaliyyəti Yaqub Qədimov 1948-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1962-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, 1962-ci ildə professor elmi adını alıb. 1968-ci ildə isə AMEA-nın müxbir üzvü seçilib. Alimin 200-dən artıq elmi işin, monoqrafiyanın və ixtiranın müəllifidir.

Yaqub Qədimovun elmi yaradıcılığının əsas istiqaməti əsasən neft sənayesində texnoloji pro­seslə­rin avtomatlaşdırlmış idarəetmə sistemlərinin işlənməsinə həsr olunub. O, paylanmış parametrli sistemlərin idərə edilməsində bu sistemlərin impulslu sistemlərə gətirilməsi və diskret Laplas çevirmələrinin tətbiqi əsa­sında yeni səmərəli üsul işləmiş, paylanmış parametrli sistemlərin elementlə­rinin analoq modellərini, paylanmış parametrli dinamik sistemlərin hesabatı ka­dastrını tər­tib edib. Quyuların qazılması prosesində elektromaqnitli muf­ta və tormoz­lu elektronəqllərin idarəedilməsinin avtomatlaşdırılması, neft-qaz kəmərlə­rin­də elektronəqllərin texnoloji parametrlərinin idərəedil­məsinin avtomatlaş­dı­rıl­masının bir sıra nəzəri və tətbiqi problemlərini həll edib.

Ölümü Yaqub Qədimov 1983-cü ildə Bakıda vəfat edib.

Mükafatları Yaqub Qədimov "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilib.

İstinadlar