Qarahisar səfəri — 1418-ci ildə Qaraqoyunluların Osmanlılar üzərindəki hərbi yürüşü. Qaraqoyunluların Ərzincan valisi Pir Ömər Osmanlı dövləti torpaqlarına girərək Qarahisarı və Qarahisar qalasını ələ keçirdi. Nəticədə Şərqi Qaradəniz sahili Samsun xaricində Qaraqoyunluların hakimiyyəti altına girdi.

Yürüş Şahruxun Azərbaycana yürüşü ərəfəsində Osmanlı-Qaraqoyunlu münasibətlərində müəyyən anlaşılmazlıq mövcud idi. Qara Yusifin Ərzincan hakimi Pir Ömərin Qarahisarı mühasirəyə alması buna səbəb olmuşdu.Şəhərin hakimi Məlik əhməd oğlu Həsən yardım üçün Amasya valisi Şahzadə Murada və Sultan I Mehmed Çelebiyə müraciət etmişdiNeşri M. Kitabi-Cihannüma. Neşri tarihi. c. 2. Haz., M.A. Köymen ve F.A.Unat. Ankara, 1957.Anhegger R. Mehmed b. Halilül Kunevinin «Tevarihi Ali Osmani». //Tarih dergisi. c.II, sayı 3-4. İstanbul. 1950.Danışman Z. Osmanlı imperatorluğu tarihi. c. III.İstanbul, 1958. O zaman Sultan I Mehmed Çələbi Həsənə yardım göstərə bilməmiş və şəhər Pir Ömər tərəfindən ələ keçirilmişdi.

İstinadlar

Mənbə

Xarici keçidlər Kateqoriya:Qaraqoyunluların döyüşləri Kateqoriya:Osmanlı imperiyasının döyüşləri Qaraqoyunlular Osmanlılar I Mehmed Pir Ömər Kateqoriya:Osmanlı imperiyasının mühasirələri