Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumunun (UNESCO) Ümumdünya irsi obyektləri, 1972-ci ildə qurulan UNESCO-nun Ümumdünya irsi siyahısında təsvir edildiyi kimi mədəni və ya təbii irs üçün vacib yerlərdir. Mədəni irs, abidələrdən (memarlıq əsərləri, monumental heykəllər və ya yazılar kimi), binalardan və ərazilərdən (o cümlədən arxeoloji sahələr) ibarətdir. Təbii irs, elmi-tədqiqat, konservasiya və ya təbii estetika baxımından mühüm əhəmiyyət kəsb edən fiziki və bioloji birləşmələr, geoloji və fizioqrafik birləşmələr (o cümlədən təhlükə altında olan flora və faunanın yaşayış yerləri) kimi müəyyən edilir.
İsrail dövləti 6 oktyabr 1999-cu ildə konvensiyanı ratifikasiya edərək, mədəni və təbii obyektlərini siyahıya daxil etmək hüququ qazanıb. Ölkədəki doqquz ərazinin hamısı mədənidir. Ən erkən daxiletmələr 2001-ci ildə Masada qalası və qədim Əkka şəhəri idi. Siyahıya son daxil edilən ərazilər, 2014-cü ildə daxil edilmiş Beyt Quvrin-Mareşa Milli Parkındakı mağaralar şəbəkəsidir. Bundan əlavə, İsrail Nazirlər Kabineti 18 obyekti öz ilkin siyahısına daxil edib, onlar gələcəkdə bu əraziləri Ümumdünya İrsi obyektləri kimi təqdim etmək niyyətindədirlər. Onlardan 14-ü 2000-ci ildə siyahıya alınıb. Rəsmi siyahıdan fərqli olaraq, ilkin siyahıda bir neçə təbii və qarışıq irs obyektləri vardır.
Fələstin dövləti ilə münaqişəsi səbəbindən İsrailin YUNESKO ilə münasibətləri bir o qədər qənatbəxş deyil. Bu,fələstinli jurnalist Ramzi Baroud tərəfindən "ekzistensial döyüş" kimi təsvir edilmişdir. YUNESKO, Qüdsün Qədim şəhəri və onun divarları ərazisinə heç bir ölkəni təyin etməməsinə baxmayaraq, 2011-ci ildən Fələstinin Şərqi Qüdsdəki mülkiyyətini tanıyır."Old City of Jerusalem and its Walls" , UNESCO World Heritage List website, accessed 13 November 2017.UNESCO press release , 15 July 2011, accessed 13 November 2017. Elə həmin il Fələstin konvensiyanı ratifikasiya etdi. 2019-cu ildə YUNESKO-dan ayrılan İsrail bu qərara etiraz etdi. Qədim Yerihada yerləşən Tell es-Sultan şəhərinin Fələstin ərazisi kimi daxil edilməsi İsrail Xarici İşlər Nazirliyi tərəfindən "Fələstinlilərin YUNESKO-dan kinli şəkildə istifadə etməsi və onu siyasiləşdirməsi" kimi tənqid edilib. Mütəxəssislər, İsrail Nazirlər Kabinetinin YUNESKO-nu siyasiləşdirən kabinet olduğunu bildirir. İsrailin irs təşkilatı olan Əmək Şaveh isə Yerihanın, İsrailin iddia etdiyi hissəsinin siyahıya alınmadığını vurğulayıb. Dünya irsi əraziləri UNESCO-nun irsi obyektləri on meyar altında siyahıya alınır; hər bir giriş meyarlardan ən azı birinə cavab verməlidir. i-dən vi-yə qədər olan meyarlar mədəni, vii-dən x-ə qədər isə təbiidir. Ərazi Şəkil Yer Kriteriya AreaHektar (akr) İl Təsviri İstinadlar Hayfa və Qərbi Qalileyada Bəhai Dünya Mərkəzinin binaları Hayfa dairəsi və Şimal dairəsi Mədəni:(iii)(vi) ; bufer zonası 2008 Tellər: Tel Meqiddo, Tel Hazor, Tel Beer Şeva Şimal dairəsi və Negev Mədəni:(ii)(iii)(iv)(vi) ; bufer zonası 2005 Buxur marşrutu - Negevdəki səhra şəhərləri Negev Mədəni:(iii)(v) — 2005 Masada Cənub dairəsi Mədəni:(iii)(iv)(vi) ; buffer zone 2001 Qədim şəhər Əkka Cənubi Qalileya Mədəni:(ii)(iii)(v) 2001 Ağ şəhər (Təl-Əviv) Təl-Əviv Mədəni:(ii)(iv) ; bufer zonası 2003 Nahal Mearot Təbiət Qoruğu Karmel dağ silsiləsi Mədəni:(iii)(v) ; bufer zonası 2012 Beyt Quvrin-Mareşa Milli Parkı Cənub dairəsi Mədəni: (v) 2014 Beyt Şearim nekropolu Hayfa dairəsi Mədəni: (ii)(iii) ; bufer zonası 2015
İlkin siyahıdakı ərazilərin siyahısı Üzv dövlətlər Ümumdünya irsi siyahısına daxil edilmiş ərazilərə əlavə olaraq namizədlik üçün düşünə biləcəkləri yerlərin siyahısını da təqdim edə bilərlər. Ümumdünya irsi siyahısına namizəd olan ərazi yalnız əvvəlcədən siyahıda göstərildiyi təqdirdə qəbul edilir. 2015-ci ilə qədər İsrail dövləti ilkin siyahısında 18 ərazini qeyd edib. Ərazilər, ilkin siyahıya daxil olduqları illə yanaşı bunlardır: Ərazi Şəkil Yer Kriteriya İl Dandakı üç tağlı qapı və İordaniyanın qədim əraziləriŞimal dairəsiQarışıq:(iv)(vi)(vii)(x)2000 Qalileyada erkən sinaqoqlarŞimal dairəsiMədəni:(iii)(vi)2000 İsa və Həvarilərin Qaliley səyahətləriŞimal dairəsiMədəni:(iii)(vi)2000 Təbəriyyə gölü və onun qədim yerləriŞimal dairəsiQarışıq2000 Xirbət əl-MinyaŞimal dairəsiMədəni:(iv)2000 Arbel dağı (Arbel, Şüeyb, Hattin buynuzları) Şimal dairəsiQarışıq2000 Dqaniya & Nahalal Şimal dairəsiMədəni:(v)(vi)2000 Beyt-Şean Şimal dairəsiMədəni:(ii)(iv)(v)(vi)2000 Fələstin QeysəriyyəsiHayfa dairəsi Mədəni:(ii)(iv)(v)(vi)2000 Ramle Ağ MəscidiMərkəz dairəsiMədəni:(ii)(iv)2000 Yerusəlim (genişlənmə)Yerusəlim dairəsiMədəni:(i)(ii)(iii)(iv)(v)(vi)2000 Har-KarkomCənub dairəsi Mədəni:(iii)(v)2000 Timna vadisiCənub dairəsi Qarışıq2000 Səlibçi qalalarıMüxtəlif dairələrMədəni:(iv)(v)(vi)2000 Maxteş Cənub dairəsi Qarışıq2001 Böyük Rift Dərəsi – Hula DərəsiŞimal dairəsiTəbii2004 Lifta – Ənənəvi dağ kəndiYerusəlim dairəsiMədəni:(ii)(iii)(v)2015 Eyn Kərəm və onun landşaftı Yerusəlim dairəsiMədəni:(ii)(iii)(v)(vi)2015
İstinadlar
Xarici keçidlər YUNESKO-nun Ümumdünya İrsi Mərkəzi - İsrail
Kateqoriya:İsraildəki ümumdünya irsi Kateqoriya:Ümumdünya irsi obyektlərinin siyahıları