Divergentlər () — 2014-cü ildə çəkilmiş ABŞ istehsalı olan fantastika və döyüş filmi. Veronika Rotun eyniadlı romanının ekranlaşdırılmış versiyasıdır. Dilmdə baş rolları Shailene Woodley, Theo James, Ashley Judd, Jai Courtney, Rey Stevenson, Zoë Kravitz, Miles Teller, Tony Goldwyn, Meggie Q və Kate Winslet ifa etmişdirlər. Filmdəki hekayə distopik və post-apokaliptik (qiyamət sonrası) Çikaqoda, insanların üstünlüklərinə görə 5 qrupa bölündüyü bir cəmiyyətdə baş verir.

Süjet xətti

Post-apokaliptik dünyada bəşəriyyət 5 fərqli xüsusiyyətə görə cəmiyyətə bölünmüşdür. Bunlar Fədakarlıq (Abnegation), Dostluq (Amity), Dürüstlük (Candor), Cəsurluq (Dauntless) və Müdriklik (Erudite) cəmiyyətləridirlər. Yerdə qalmış azlıqlar isə “müvafiq olmayanlar” (divergentlər), yəni heç bir cəmiyyətə mənsub ola bilməyən, cəmiyyətdə yeri və prioriteti olmayan insanlardırlar. Hər bir uşaq 16 yaşına çatdıqdan sonra bir sıra testlər nəticəsində onun üçün ən müvafiq olan cəmiyyət müəyyən edilir və onun bu cəmiyyətə qoşulması gözlənilir.

Bu sınaq nəticəsində Beatrice Prior özünün divergent olduğunu öyrənir, lakin bunu gizlətmək məcburiyyətindədir, çünki divergentlər cəmiyyətdə xoş qarşılanmayan insanlardırlar. Beatrice gözlənilməz bir qərar qəbul edərək Cəsurluq cəmiyyətinə qoşulur. Burada o, çox çətin fiziki və psixoloji hazırlıqlardan keçməli və cəmiyyətin həqiqi bir üzvü olmalıdır, lakin onun bir problemi var: Beatrice divergentdir, yəni heç bir cəmiyyətə mənsub ola bilməz və onun divergent olmasının üzə çıxması onun qəti ölümü deməkdir. Ancaq onun hər kəsdən gizlətdiyi bu sirri onun özünü və yaxınlarını xilas etməkdə ən böyük köməkçisi olacaqdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2014-cü ilin filmləri Kateqoriya:2014-cü ilin ABŞ filmləri Kateqoriya:Entertainment One filmləri Kateqoriya:Uydurmada zehin kontrolu Kateqoriya:IMAX filmləri Kateqoriya:Summit Entertainment filmləri Kateqoriya:Çikaqo haqqında filmlər Kateqoriya:ABŞ-nin elmi fantastika döyüş filmləri Kateqoriya:ABŞ-nin elmi-fantastik macəra filmləri Kateqoriya:ABŞ-nin antiutopik filmləri Kateqoriya:ABŞ-nin postapokaliptik filmləri Kateqoriya:Teen Choice Award mükafatının qalibi olmuş filmlər Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:Los-Ancelesdə çəkilmiş filmlər Kateqoriya:İngilis dilində elmi fantastika döyüş filmləri Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:Fantastika romanları əsasında çəkilən filmlər Kateqoriya:Romantik filmlər Kateqoriya:Elmi fantastika romanlarına əsaslanan filmlər Kateqoriya:Gənclik ədəbiyyatına əsaslanan filmlər