Bəyaz qala — Nobel mükafatlı türk yazıçısı Orxan Pamuk tərəfindən 1985-ci ildə nəşr olunmuş tarixi roman. Əsər Orxan Pamukun üçüncü romanıdır.
Əsərin kompozisiyası Əsər venesiyalı köləylə Osmanlı alimi arasındakı münasibətdən bəhs edir. Bu roman yazıçının beynəlxalq miqyasda tanınmasında mühüm rol oynamışdır. Ağlı və fərasəti sayəsində özünü ölümdən xilas edən venesiyalı əsir öncə həkimliyi sayəsində tanınır, daha sonra isə bacarığı sayəsində Türk alimi Xoca ilə birlikdə gecə-gündüz kəşflər etməyə başlayır. Sultanın diqqətini çəkir və onlara silah hazırlamağı tapşırır. Xoca kölənin məsləhətinə qulaq asmayaraq silah hazırlayır, Sultana təqdim edəndə uğursuzluqla nəticələnir. Belə ki, ilk sınaq zamanı yüzlərlə insanın ölümünə səbəbiyyət verir. Sonda Xoca başqa ölkəyə qaçaraq canını edamdan qurtara bilir.
Orxan Pamuk bu əsəri ilə iki dünyanı təmsil edən Şərq-Qərb sivilizasiyalarının qovuşmasını önə çəkmişdir.
Həmçinin bax Beynimdə qəribəlik (roman)
İstinadlar
Kateqoriya:Tarixi romanlar Kateqoriya:Orxan Pamukun romanları Kateqoriya:Türk dilində romanlar