Hezil çayı (Nezil çay) — Habur çayının Dəclə çayına tökülən qolu; mənbəyi Siirtin cənubunda və Şırnakın şimalındakı dağlıq ərazilər olub demək olar ki tamamilə Şırnak vilayətinin ərazisində yerləşir.
Haqqında Hezil çayının hövzəsi illik orta hesabla 515,7 mm/m² yağıntı qəbul edir. Dönməzlər kəndindən başlayan Hezil çayı, Doğanköydən axan Avqari çayı ilə birləşir. Siirtin cənubundan Behrancı və Havan dərələrindən axan sular Hezil çayına birləşirlər. Şenoba şəhərinin cənubundakı Hilal dərəsindən axan sular da bu çaya birləşir. Damlaca kəndinin cənub-şərqində, Türkiyə-İraq sərhədini formalaşdırır və sonda Habur Sərhəd məntəqəsi yaxınlığından Habur çayına birləşir. Bu çay təxminən 20 km qərbdə Dəclə çayı ilə birləşir.
Çayın üzərində Şenobanın Uludərə məntəqəsində daş və ağacdan tikilmiş tarixi bir körpü var.Panoramio map which calls the Little Khabur river with the name of Hezil Suyu but this river is actually the Little Khabur river which is a tributary to the Tigris river.
Hezil çayı üzərində İraq sərhəddinə yaxın Silopi bəndi inşa edilmişdir.Panoramio map showing the confluence between the two rivers. The river crossing the city of Zakho in Iraqi territory is the Little Khabur river not the Hezil Suyu river.
İstinadlar
Kateqoriya:Türkiyə çayları Kateqoriya:Sərhəd çayları