Afrin çayı Kilisin şimalından başlayır, Suriyaya keçir və Hataydan yenidən Türkiyə ərazisinə daxil olur. Kilisin qərb hissəsinin sularını Aralıq dənizinə tökür.
Çayın orta axım sürəti 1,13 m³/san, uzunluğu 160 km dir. Qışda sürətlə axan çay yayda quruyur. Reyhanlı bəndi daşqınla mübarizə məqsədilə Suriya sərhədinə yaxın çay üzərində tikilir.
İstinadlar
Kateqoriya:Türkiyə çayları Kateqoriya:Suriya çayları