Vladimir Qalaktionoviç Korolenko (; ) — Rus yazıçısı, jurnalist, nasir, redaktor, ictimai xadimi və Sankt-Peterburq Elmlər Akademiyasının fəxri akademiki (1900-1902, 1918-ci ildən).
İstər Çar hakimiyyəti, istərsə də Vətəndaş müharibəsi və Sovet hakimiyyəti illərində insan hüquqları istiqamətindəki fəaliyyəti ilə tanınmış publisist olub. İnqilabi hərəkatın fəal iştirakçısı olan Korolenko, buna görə dəfələrlə həbs edilərək, sürgün edilib. Yazıçı bədii əsərlərini Jitomirdə keçirdiyi uşaqlıq illəri və Sibirdəki sürgün həyatından qalan xatirələrindən ilhamlanaraq ərsəyə gətirmişdir.
Həyatı Uşaqlığı və gəncliyi
Korolenko Jitomirdə hakim ailəsində dünyaya gəlib. Ailə fərdlərinin söylədiklərinə görə, yazıçının babası Afanasi Yakovleviçin kökü (təq.1787 - təq.1857) Mirqorod kazak polkovniki İvan Korolaya söykənir. Babasının bacısı Yekaterina Korolenko isə akademik Vladimir Vernadskinin nənəsidir.
Yazıçının atası, Jitomir rayon hakimi vəzifəsində çalışmış Qalaktion Afanasyeviç Korolenkonun (1810-1868) oğlunun dünyagörüşünün formalaşmasında böyük təsiri olmuşdur. Korolenko atasının obrazına məşhur "Pis cəmiyyətdə" hekayəsində yer vermişdi.Список гражданских чинов 8 класса. — , 1858. — С. 1641. Anası Evelina İosifovna (1833-1903) polyak olduğu üçün polyak dili Vladimirin uşaqlığında onun ana dili idi.Daniela Fanfarillo. Korolenko // Slavia: rivista trimestrale di cultura. — Anno IV. — N. 2 (Aprile-Giugno 1995). — P. 131.
Korolenkonun özündən böyük Yulian (1851-1904) və özündən kiçik İllarion (1854-1915) adlı iki qardaşı var idi. Onun Mariya (Loşkareva ilə evli; 1856-1917) və Evelina (Nikitina ilə evli; 1861-1905) adlı iki bacısı da olub. Üçüncü bacısı olan Aleksandra Qalaktionovna Korolenko 1867-ci il mayın 7-də 1 yaş 10 aylıq olarkən vəfat etmiş və Rovnoda dəfn edilmişdir.
Təhsilinə Rıxlinski Polşa internat məktəbində başlayan Korolenko, sonra Jitomir gimnaziyasında davam etdirib. Atası xidməti vəzifəsi üçün Rovnoya köçürüldükdən sonra, Korolenko orta təhsilini Rovno real məktəbində davam etdirib. 1871-ci ildə Sankt-Peterburq Texnologiya İnstitutuna daxil olan Korolenko maddi çətinliklər səbəbi ilə təhsilini yarımçıq buraxmalı olub. Lakin 1874-cü ildə Korolenko təqaüd qazanaraq, Moskvadakı Petrovski Kənd Təsərrüfatı Akademiyasına daxil olub.
İnqilabi fəaliyyəti
Erkən yaşlarından inqilabi populist hərəkata qoşulan Korolenko, 1876-cı ildə populist tələbə dərnəklərində iştirak etdiyinə görə akademiyadan qovulmuş və polis nəzarəti altında Kronştadta sürgün edilmişdir. Gənc oğlan Kronştadtda həyatını rəsm çəkərək qazanmışdır.
Sürgün həyatından sonra Sankt-Peterburqa qayıdan Korolenko, 1877-ci ildə Mədən İnstitutuna daxil olur. Onun ədəbi fəaliyyətinin başlanğıcı da, məhz bu dövrə təsadüf edir. 1879-cu ilin iyulunda yazıçının ilk povesti "Tədqiqatçı"nın həyatından epizodlar" Sankt-Peterburqda "Slovo" jurnalında dərc olunur. Korolenko əvvəlcə bu hekayəsini "Yerli qeydlər" jurnalı üçün nəzərdə tutsa da, jurnalın redaktoru Mixail Saltıkov-Şedrin onun əlyazmasını özünə geri qaytardı. 1879-cu ilin yazında inqilabi fəaliyyətdə şübhəli bilinərək Korolenko yenidən institutdan qovularaq Vyatka quberniyasının Qlazova şəhərinə sürgün edildi.
3 iyun 1879-cu ildə yazıçı qardaşı İllarionla birlikdə jandarmların müşayiəti ilə bu uezd şəhərciyinə aparıldı. Oktyabra qədər Qlazovada qalan Korolenkonun cəzası sərtləşdirildi. 1879-cu il oktyabrın 25-də Korolenko, 1880-ci il yanvarın sonuna qədər qaldığı Biserovskaya volostuna göndərildi. Oradan, Afanasyevskoye kəndində öncə Vyatka həbsxanasına, sonra Vışniy Voloçyok tranzit həbsxanasına göndərildi.
Vışniy Voloçyokdan Sibirə göndərilsə də, yoldan geri qaytarılan Korolenko, 9 avqust 1880-ci ildə digər sürgünə göndərilənlərlə birlikdə şərqə daha çox səyahət etmək üçün Tomska gəldi və Puşkin küçəsi 48 ünvanındakı evdə yaşadı. Sonradan Korolenko xatirələrində yazırdı: "Tomskda bizi böyük, daş, birmərtəbəli tranzit həbsxanaya yerləşdirdilər. Lakin ertəsi gün bir qubernator məmuru həbsxanaya gələrək bildirdi ki, Mixail Loris-Məlikovun Ali Komissiyası işimizi araşdıraraq bir neçə nəfəri azad etmək qərarına gəlib və altı nəfərin polis nəzarəti altında Avropa Rusiyasına qaytarılacağı elan edildi.Mən də onların arasında idim..."
1880-ci ilin sentyabrından 1881-ci ilin avqustuna qədər Permdə siyasi sürgündə olmuş, dəmiryolunda xronometr və kargüzar vəzifələrində çalışmışdır. Perm tələbələri ilə yanaşı, həmçinin D.N.Mamin-Sibiryakın həyat yoldaşı və yerli fotoqraf M.Q.Henrixin qızı Mariya Abramovaya da fərdi dərslər vermişdir.
1881-ci ilin martında yeni çar III Aleksandra fərdi and içməkdən imtina edən Korolenko, 11 avqust 1881-ci ildə Permdən Sibirə qovuldu. O, 4 sentyabr 1881-ci ildə iki jandarmın müşayiəti ilə ikinci dəfə Tomska gətirilərək, həbs edildi (indiki Arkadi İvanov küçəsi, 4).
O, sürgündə Sibirin Yakutiya vilayəti, Amma kəndində olub.
Ədəbi fəaliyyəti
1885-ci ildə Korolenkoya Nijni Novqorodda yaşamağa icazə verildi. Nijni Novqorodda yaşadığı on il (1885-1895) - Korolenkonun yazıçı kimi fəaliyyətinin ən məhsuldar dövrü idi. Bu müddətdə Rusiya imperiyasının oxucu kütləsi onun haqqında danışmağa başladı.
1886-cı ilin yanvarında Nijni Novqorodda Vladimir Korolenko çoxdan tanıdığı Yevdokiya Semyonovna İvanovskaya ilə evləndi.
1886-cı ildə yazıçının Sibir hekayələrinin daxil olduğu "Oçerklər və hekayələr" adlı ilk kitabı nəşr olundu. Elə həmin illərdə Korolenko Nijni Novqorod quberniyası, Qorbatovski uezdinin Pavlova kəndinə dəfələrlə etdiyi səfərlərinin nəticəsi olaraq "Pavlova oçerkləri"ni nəşr etdirdi. Əsərdə kəndin yoxsulluqdan əziyyət çəkən sənətkarlarının acı taleyindən bəhs edilir.
Korolenkonun əsl zəfəri onun ən yaxşı əsərlərinin - "Makarın yuxusu" (1885), "Pis cəmiyyətdə" (1885) və "Kor musiqiçi" (1886) əsərlərinin nəşr edilməsi idi. Bu əsərlərində Korolenko insan psixologiyasına dərindən bələd olmaqla insan və cəmiyyət münasibətləri probleminin həllinə fəlsəfi yanaşıb. Yazıçı, Ukraynada keçirdiyi uşaqlıq illəri, ağır sürgün və repressiya illərinin xatirələri və müşahidələrini bu əsərlərində cəmləmişdir. Korolenkoya görə, insan həyatın dolğunluğu, harmoniyası və xoşbəxtliyini yalnız öz eqoizminə qalib gələrək, xalqa xidmət yolunu tutmaqla hiss edə bilər.
1890-cı illərdə xeyli səyahət edən Korolenko, Rusiya imperiyasının müxtəlif bölgələrinə (Krım, Qafqaz) səfər edib. 1893-cü ildə yazıçı Çikaqoda (ABŞ) Ümumdünya sərgisində iştirak edib. Bu səfərin nəticəsində korolenko, "Dilsiz" (1895) hekayəsini ərsəyə gətirdi. Təkcə Rusiyada deyil, xaricdə də tanınan Korolenkonun əsərləri bir çox xarici dildə də nəşr olunub.
Korolenko 1895-1900-cü illərdə Sankt-Peterburqda yaşayıb. O, "Rus sərvəti" jurnalının redaktoru (1904-cü ildən baş redaktor) olub. Bu dövrdə onun "Marusina Zaimka" (1899) və "An" (1900) povestləri nəşr olunub.
1900-cü ildə Poltavaya köçən Korolenko ömrünün sonuna qədər burada yaşayıb.
1905-ci ildə Xatki fermasında bağ evi tikdirən Korolenko, 1919-cu ilə qədər hər yayı burada ailəsi ilə keçirib.
Ömrünün son illərində (1906-1921) Korolenko, yazıçının fəlsəfi görüşlərinin sistemli şəkildə cəmləndiyi "Müasirliyimin tarixi" adlı böyük avtobioqrafik əsəri üzərində işləmişdir. Əsərin dördüncü cildi üzərində işləyərkən yazıçı pnevmoniyadan vəfat etdiyi üçün, əsəri tamamlanmadı.
Poltavada Köhnə qəbiristanlıqda dəfn edilən Korolenkonun məzarı 29 avqust 1936-cı ildə nekropolun bağlanması səbəbi ilə Poltava şəhər bağı ərazisinə köçürülmüş, 1940-cı ildə həyat yoldaşı da ona yaxın dəfn edilmişdir. 1962-ci ildə sovet heykəltəraşı Nadejda Krandiyevskaya tərəfindən hazırlanmış qəbirüstü abidəsi ucaldılmışdır.На укр.: [Могила В. Г. Короленко http://histpol.pl.ua/ru/lichnosti/skulptory?id=249 ] Müasir Ukraynada abidə milli əhəmiyyətə malik landşaft bağçılıq sənəti abidəsi statusuna malik Qələbə Parkında yerləşir. Yazıçının və həyat yoldaşının məzarı V.Q.Korolenkonun Poltava Ədəbi və Xatirə Muzeyi kompleksinə daxildir.
Jurnalistika və ictimai fəaliyyəti
Korolenkonun populyarlığı Çar hökumətini onun jurnalist bəyanatlarını nəzərə almağa məcbur etdi. Yazıçı ictimai diqqəti dövrünün ən aktual problemlərinə yönəltmişdi. 1891-1892-ci illərdəki aclığı ifşa edərək ("Qıtlıq ilində" esseləri silsiləsi) bütün diqqətləri "Multan işi"nə çəkdi, öz hüquqları uğrunda mübarizə aparan kəndlilərlə vəhşicəsinə rəftar edən çar nümayəndələrini ("Soroçinskaya faciəsi", 1906), 1905-ci il inqilabının yatırılmasından sonra çar hökumətinin mürtəce siyasətini (“Gündəlik fenomen”, 1910) tənqid edirdi.
O, ədəbi ictimai fəaliyyətində yəhudilərin Rusiyadakı məzlum həyatına da diqqət çəkmiş, onların ardıcıl və fəal müdafiəçisi olmuşdur.
1911-1913-cü illərdə saxtalaşdırılmış şişirdən irticaçı və şovinistlərə qarşı çıxış etmiş Korolenko , "Qarayüzlər"in yalan və saxtakarlıqlarını ifşa edən 10-dan çox məqalə dərc etmişdir. Məhz, "Rusiya cəmiyyətinə" edilən müraciətin müəllifi də Korolenko olub.
1900-cü ildə Korolenko Lev Tolstoy, Anton Çexov, Vladimir Solovyov və Pyotr Boborıkin ilə birlikdə Sankt-Peterburq Elmlər Akademiyasının fəxri akademiki seçilsə də, 1902-ci ildə Maksim Qorkinin akademiklər sırasından çıxarılmasına etiraz əlaməti olaraq Akademiyadan istefa verdi. Monarxiya rejiminin devrilməsindən sonra 1918-ci ildə Rusiya Elmlər Akademiyası Korolenkonu yenidən fəxri akademik seçdi.
İnqilaba və vətəndaş müharibəsinə münasibəti 1917-ci ildə Anatoli Lunaçarski Korolenkonun Rusiya Respublikasının ilk prezidenti vəzifəsinə uyğun olduğunu söyləmişdi.Негретов П. И. В. Г. Короленко: Летопись жизни и творчества. 1917—1921. Oktyabr inqilabından sonra Korolenko bolşeviklərin sosializm quruculuğu üsullarını açıq şəkildə tənqid etmişdi. Korolenkonun mövqeyi onun "Lunaçarskiyə məktublar" (1920) və "Poltavadan məktublar" (1921) əsərlərində öz əksini tapmışdır.
1921-ci ildə Korolenko, İvan Qorbunov-Posadov ilə birlikdə Poltavada aclıqdan əziyyət çəkən insanlara yardım təşkil etdilər.Борейко В. Е. Иван Иванович Горбунов-Посадов как апостол экологической этики
Korolenko və Lenin V.İ.Lenin ilk dəfə Korolenkonun adını "Rusiyada kapitalizmin inkişafı" (1899) əsərində çəkmişdir. Lenin yazırdı: "kiçik müəssisə və kiçik sahibkarların qorunması və evdən işin son dərəcə geniş inkişafı - bütün bunlar ona gətirib çıxarır ki, istehsalatdakı "kustar üsulu" gələcəyə deyil, hələ də kəndlilərə, kiçik sahibkarlara və keçmişə yönəlikdir və onlar hələ də mümkün ola biləcək hər cür illüziyalarla özlərini aldadırlar; "həvəskar tamaşaların fərdi qəhrəmanları üçün (Korolenkonun "Pavlovsk eskizləri"ndə Dujkin kimi) istehsal dövrünə keçid hələ də mümkündür, lakin kasıb kütlə üçün deyil." Beləliklə, Lenin Korolenkonun bədii obrazlarından birinin real həyatda da olduğunu qəbul edirdi.Ленин о Короленко / IV. Разыскания и сообщения // В. И. Ленин и А. В. Луначарский. Переписка, доклады, документы. — АН СССР. Ин-т мировой лит. им. А. М. Горького; ред. тома И. С. Зильберштейн, А. А. Соловьёв. — М.: Наука, 1971. — 766 с. — (Лит. наследство, т. 80).