– Yaponiya proletar milliyyətçisi, siyasi lider.

İlk illəri Katsumaro Akamatsu 1894-cü ildə Yaponiyanın Yamaquçi prefekturasında doğulmuş, 1919-cu ildə Tokio Universitetindən məzun olmuşdur.

Fəaliyyəti Akamatsu fəaliyyətinə jurnalist kimi başlamışdır. "Minshu Shimbun" qəzetinin redaktoru işləmişdir. Daha sonra 1922-ci ildə Yaponiya Kommunist Partiyasına qatılmış, Yaponiya Əmək Partiyasında və 1923-cü ildə qurduğu Sosialist Xalq Partiyasında fəaliyyət göstərməyə başlamışdır. 1931-ci ildə baş verən Mancuriya insidentindən sonra dövlət sosializmini müdafiə edən Sosialist Xalq Partiyasından ayrılmış, nasionalizmə meyil etmişdir. 1932-ci ildə Yaponiya Dövlətinin Sosialist Partiyasını qurmuşdur.

Ənənəvi vətənpərvərliyə keçən Akamatsu 1933-cü ildə təşkilatını yaradaraq imperatorun ilahiliyini müdafiə etməyə və milliyyətçiləri birbaşa hərəkətə keçməyə səsləmişdir. 1937-ci ildə Yaponiya parlamentinə seçilmiş və Yaponiya İslahat Partiyasının rəhbəri olmuşdur.

1940-cı ildən İkinci Dünya müharibəsinin sonuna kimi İmperator Hakimiyyətinə Kömək Assosiasiyasının planlaşdırma bölməsində işləmişdir. Çində xidmət göstərmiş, Yaponiya militarizmini dəstəkləmişdir. Müharibədən sonra siyasətdə iştirakına qadağa qoyulmuşdur. Kiçik bacısı Tsuneko Akamatsu Yaponiya parlamentinin Müşavirlər palatasında fəaliyyət göstərmişdir.

Əsərləri "Yaponiyada həmkarlar ittifaqı hərəkatının inkişaf tarixi" və "Yaponiya sosial hərəkatın tarixi" əsərlərinin müəllifi olmuşdur.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Kotobank saytında

Kateqoriya:Yaponiya sosialistləri Kateqoriya:Yaponiya milliyyətçiləri Kateqoriya:Yaponiya siyasətçiləri Kateqoriya:Yaponiya antikommunistləri