Feaklar və ya fiakiyalılar (, , ) — qədim yunan mifologiyasında Sxeriya adasında yaşayan xalq.Страбон. VI, с. 407 Feaklar Homerin "Odisseya"sında xatırlanır. Onlar hiperboreyalılar, efioplar və lotofaqlar kimi tanrılara yaxın olan mübarək xalqlardan biri hesab olunurdular. Bu insanların Poseydon tərəfindən himayə edildiyinə inanılırdı. Feaklar Zevs, Afina, Hermes və qədim yunan panteonunun digər tanrılarına inanırdılar. Feaklar yaxşı dənizçilər idilər, onların gəmiləri fırtınada və ya dumanda itməməyə imkan verən naviqasiya sistemi ilə təchiz edilmişdi.
Adlarını Kerika və Poseydonun oğlu və Alkinusun Диодор Сицилийский. Историческая библиотека. IV, 72 atası Feakdan almışdılar.Диодор Сицилийский. Историческая библиотека. IV, 72 Homerin "Odisseya"sına görə, feakların gəmilərinin sükanları yox idi, çünki onlar sükançıların fikirlərini başa düşə bilirdilər və özləri zehni olaraq göstərilən marşrutlar üzrə üzürdülər.Гомер. Одиссея. VIII, 555—560
İstinadlar
Kateqoriya:Mifoloji xalqlar Kateqoriya:Qədim yunan mifologiyasında xalqlar Kateqoriya:Uydurma telepatlar Kateqoriya:Odisseya