Şotlandiya Kral Akademiyası — Edinburqda yerləşən milli incəsənət akademiyası. O, müasir Şotlandiya incəsənətini təbliğ edir.
Tarixi
Akademiya 1826-cı ildə Edinburqda yaradılmışdır. Əvvəlcə Şotlandiya Akademiyası adlanırdı, 1838-ci ildə kral nizamnaməsinin verildiyi qərardan sonra Şotlandiya Kral Akademiyası adlandırıldı.
1850-ci ildə Akademiya yeni binaya köçdü. Bina görkəmli şotland memarı Uilliam Henry Playfair tərəfindən dizayn edilmişdir.
2005-ci ildə Akademiyanın binası tamamilə bərpa edildi və yeraltı tunellər vasitəsilə Şotlandiya Milli Qalereyası ilə birləşdirildi.
Akademiya ölkədə müstəqil şəkildə maliyyələşdirilən, görkəmli rəssamlar və memarlar tərəfindən idarə olunan, sərgilər və əlaqəli təhsil fəaliyyətləri vasitəsilə təsviri incəsənətin yaradılmasını və dərk edilməsini təşviq edən və dəstəkləyən mövqeyə malikdir.
Fəaliyyəti Akademiyada XVII-XIX-cu əsrlərə aid Avropa və Şotlandiya incəsənəti kolleksiyaları, həmçinin müasir Şotlandiya rəsmləri kolleksiyasını qoruyub saxlayır. Şotlandiya incəsənəti və memarlığının son 200 ildən çox tarixinə dair sənədləri özündə əks etdirən arxiv bölməsi də var.
Şotlandiyada son 180 ildə mövcud olan bütün xronika sənəti və memarlıq nümunələri Qrantondakı Milli Muzeylər Kolleksiya Mərkəzində saxlanılır və təyinat əsasında tədqiqatçılara təqdim olunur. Tarixi kolleksiyaların nümayişi mümkün olduqda təşkil olunur.https://web.archive.org/web/20230407155621/https://www.royalscottishacademy.org/about/
Mükafatları Şotlandiya Kral Akademiyasının idarə etdiyi ən məşhur mükafat 1920-ci ildən bəri hər il Şotlandiyalı rəssamlara verilən Guthrie mükafatıdır. Bundan əlavə Keyt mükafatı, Latimer mükafatı və memarlıq mükafatları, eləcə də xarici mükafatlar kimi bir çox başqa mükafatlar təqdim edilir.
İstinadlar
Xarici keçidlər https://www.royalscottishacademy.org/
Kateqoriya:Akademiyalar Kateqoriya:Şotlandiya memarları Kateqoriya:Yaradıcılıq birlikləri Kateqoriya:1820-ci illərin memarlığı Kateqoriya:1826-cı ildə incəsənət Kateqoriya:Birləşmiş Krallıqdakı incəsənət muzeyləri Kateqoriya:Edinburq mədəniyyəti Kateqoriya:Edinburq muzeyləri Kateqoriya:İncəsənət akademiyaları Kateqoriya:Müasir incəsənət muzeyləri Kateqoriya:Şotlandiya təsviri incəsənəti Kateqoriya:Şotlandiyada təhsil Kateqoriya:XIX əsrdə Birləşmiş Krallıq